
Dövlətin varlığını müəyyən edən əsas anlayışlardan biri suverenlikdir. Suveren dövlət öz ərazisində ali hakimiyyətə malik olan, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirən, milli maraqlarını qoruyan və gələcəyini özü formalaşdıran dövlətdir. Bu anlayışın arxasında yalnız siyasi müstəqillik deyil, xalqın öz taleyinə sahib çıxmaq iradəsi, dövlət institutlarının möhkəmliyi, qanunun aliliyi, iqtisadi imkanlar və təhlükəsizliyin təmin olunması dayanır.
Suverenlik dövlətin hüquqi statusundan daha geniş məna daşıyır. Beynəlxalq hüquq baxımından dövlətin müstəqilliyi onun digər dövlətlərdən asılı olmadan qərar qəbul etmək imkanını ifadə edir. Lakin bu imkanın real məzmun qazanması üçün ölkənin daxilində sabit idarəçilik sistemi, işlək institutlar, güclü iqtisadi baza və dövlət sərhədlərinin etibarlı müdafiəsi olmalıdır. Buna görə də suveren dövlət anlayışını bir-birindən ayrı sahələr kimi deyil, vahid dövlətçilik sisteminin müxtəlif istiqamətləri kimi qiymətləndirmək lazımdır.
Azərbaycanın dövlətçilik tarixində suverenlik ideyası xüsusi yer tutur. Xalqımız müxtəlif tarixi mərhələlərdə öz dövlətçiliyini qorumaq və müstəqil dövlət qurmaq uğrunda mübarizə aparıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə mühüm hadisəyə çevrildi. Şərqdə ilk parlamentli respublikalardan biri kimi fəaliyyət göstərən Cümhuriyyət qısa müddət ərzində dövlət institutlarının formalaşdırılması, parlamentçilik ənənələrinin yaradılması, milli ordu quruculuğu və beynəlxalq münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli suverenlik yeni tarixi mərhələyə daxil oldu. Bu dəfə qarşıda duran vəzifə yalnız müstəqillik əldə etmək deyil, onu möhkəmləndirmək, dövlət institutlarını formalaşdırmaq və ölkənin davamlı inkişafını təmin etmək idi. Müstəqilliyin ilk illərində yaşanan siyasi və iqtisadi çətinliklər dövlətçilik sisteminin nə qədər möhkəm əsaslara ehtiyac duyduğunu göstərdi.
1993-cü ildən etibarən Azərbaycanda dövlət idarəçiliyinin sabitləşdirilməsi, siyasi sistemin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün əsasların yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Dövlətin idarə olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, milli təhlükəsizlik sisteminin gücləndirilməsi və iqtisadi imkanların genişləndirilməsi müstəqil Azərbaycanın gələcək inkişafının əsaslarını formalaşdırdı.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi dövlət suverenliyinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ oldu. Konstitusiya dövlət hakimiyyətinin təşkili, insan hüquq və azadlıqlarının qorunması, dövlət qurumlarının səlahiyyətləri və vətəndaş-dövlət münasibətlərinin əsas prinsiplərini müəyyən etdi. Beləliklə, müstəqilliyin siyasi məzmunu möhkəm hüquqi baza ilə tamamlandı.
Suveren dövlət üçün qanunun aliliyi xüsusi əhəmiyyət daşıyır. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Hüquqi sistemin sabitliyi, dövlət orqanlarının öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarının qorunması da dövlətin dayanıqlılığını müəyyən edən əsas amillərdir. Hüquqi dövlət prinsiplərinin inkişafı suverenliyin daxili dayaqlarını möhkəmləndirir.
Milli iradə də suverenliyin mühüm tərkib hissəsidir. Xalqın öz dövlətinin siyasi, sosial və iqtisadi gələcəyi ilə bağlı qərarların formalaşmasında iştirak etməsi dövlətçiliyin legitim əsaslarını gücləndirir. Seçkilər, referendumlar, ictimai institutlar və vətəndaş cəmiyyəti mexanizmləri insanların dövlət həyatında iştirak imkanlarını təmin edən əsas vasitələrdir. Dövlət institutlarının cəmiyyət qarşısında məsuliyyəti və ictimai etimadın qorunması da bu prosesin mühüm elementlərindəndir.
Suverenliyin başqa bir mühüm dayağı iqtisadi müstəqillikdir. İqtisadi baxımdan zəif dövlətin uzunmüddətli siyasi qərarlarını tam sərbəst şəkildə həyata keçirməsi çətinləşə bilər. Buna görə iqtisadiyyatın inkişaf etdirilməsi, istehsal imkanlarının artırılması, daxili bazarın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və müxtəlif iqtisadi sahələrin inkişafı dövlət suverenliyinin praktiki əsaslarını genişləndirir.
Azərbaycanın iqtisadi inkişaf strategiyasında enerji sektoru uzun müddət mühüm rol oynayıb. Ölkənin təbii resurslarının iqtisadi inkişafa yönəldilməsi nəticəsində dövlətin maliyyə imkanları genişlənib, iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün resurslar formalaşıb. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, informasiya texnologiyaları və digər istiqamətlərin genişləndirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır.
Müasir dövrdə suverenlik anlayışına rəqəmsal müstəqillik də əlavə olunur. Dövlətlərin informasiya sistemləri, kommunikasiya infrastrukturu və rəqəmsal resursları strateji əhəmiyyət daşıyan sahələrə çevrilib. Kibertəhlükəsizliyin təmin olunması, dövlət informasiya sistemlərinin qorunması, rəqəmsal xidmətlərin inkişaf etdirilməsi və texnoloji imkanların genişləndirilməsi yeni dövrün dövlətçilik tələblərindəndir.
Ərzaq və enerji təhlükəsizliyi də milli suverenliyin iqtisadi ölçüləri sırasında xüsusi yer tutur. Ölkənin əsas ehtiyaclarının daxili imkanlar hesabına təmin edilməsi xarici amillərdən asılılığın azaldılmasına kömək edir. Azərbaycan üçün enerji təhlükəsizliyi ilə yanaşı, kənd təsərrüfatının inkişaf etdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və ərzaq təminatının gücləndirilməsi də strateji məsələlərdəndir.
Suveren dövlət öz təhlükəsizliyini təmin etmək imkanına malik olmalıdır. Dövlət sərhədlərinin qorunması, müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması və milli təhlükəsizlik mexanizmlərinin daim təkmilləşdirilməsi dövlətin müstəqil fəaliyyətinin əsas şərtlərindəndir. Azərbaycanın hərbi potensialının inkişaf etdirilməsi də bu kontekstdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpası suveren dövlət anlayışının ölkəmiz üçün praktiki məzmununu xüsusilə aydın göstərdi. Uzun illər davam edən işğal nəticəsində dövlətin ərazi bütövlüyünün pozulması milli təhlükəsizlik və dövlətçilik qarşısında ciddi problem yaradırdı. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlərdən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin edildi.
Bu hadisə yalnız ərazi məsələsinin həlli kimi deyil, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində bərqərar olması baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət suverenliyinin tam təmin edilməsi ilə Azərbaycan qarşısında yeni inkişaf mərhələsi açıldı. Artıq əsas diqqət azad edilmiş ərazilərin bərpasına, məskunlaşmaya, iqtisadi potensialın istifadəyə verilməsinə və həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə int
Şəbnəm Saracova,
YAP Xətai rayon təşkilatının fəalı



