
Hər bir xalqın tarixində onun gələcəyini müəyyən edənmühüm hadisələr, dövlətçilik yolunu formalaşdırantarixi mərhələlər mövcuddur. Azərbaycan xalqınınçoxəsrlik tarixində müstəqil dövlətçilik ideyası daimaxüsusi yer tutub. Müxtəlif dövrlərdə siyasi çətinliklər, işğallar və ağır sınaqlarla üzləşməsinə baxmayaraq, xalqımız öz milli kimliyini, dövlətçilik ənənələrini vəazad yaşamaq iradəsini qoruyub. 1991-ci ildə dövlətmüstəqilliyini bərpa edən Azərbaycan bu günsuverenliyini tam təmin etmiş müstəqil dövlət kimiinkişaf edir.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli“Azərbaycan Respublikasında Dövlət SuverenliyiGününün təsis edilməsi haqqında” Sərəncamında qeydolunur: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ənböyük nailiyyətidir”. Sərəncamda, həmçininAzərbaycanın ərazi bütövlüyü və suverenliyinin xalqüçün milli sərvət olduğu vurğulanır. Sənədlə hər ilsentyabrın 20-si Azərbaycanda Dövlət SuverenliyiGünü kimi qeyd edilir.
Dövlət suverenliyi anlayışı müstəqil dövlətçiliyin ənmühüm əsaslarından biridir. Suverenlik dövlətin özərazisində ali hakimiyyətə malik olması, qanunlarınbütün ölkə ərazisində tətbiq edilməsi və dövlətinstitutlarının vahid hüquqi sistem çərçivəsindəfəaliyyət göstərməsi deməkdir. Bu baxımdanAzərbaycanın dövlət suverenliyinin tam bərpasıölkənin müasir tarixində mühüm siyasi və hüquqihadisə kimi qiymətləndirilir.
Azərbaycan xalqının dövlətçilik tarixində müstəqillikideyası müxtəlif mərhələlərdən keçib. 1918-ci ildəAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıxalqımızın müstəqil dövlət qurmaq iradəsinin mühümtəzahürü idi. Cəmi 23 ay fəaliyyət göstərməsinəbaxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətidövlətçilik tariximizdə mühüm iz qoydu. 1991-ci ildəmüstəqilliyin bərpası isə Azərbaycanın müasirdövlətçilik mərhələsinin başlanğıcını qoydu.
Müstəqilliyin ilk illərində ölkə ciddi siyasi, hərbi vəiqtisadi sınaqlarla üzləşdi. Ermənistanın Azərbaycanaqarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğalolunması, yüz minlərlə insanın doğma torpaqlarındanməcburi köçkün düşməsi dövlətin qarşısında böyükproblemlər yaratdı. Bununla belə, Azərbaycan xalqınınmüstəqil dövlətçilik iradəsi zəifləmədi. Əksinə, ərazibütövlüyünün və suverenliyin bərpası milli dövlətsiyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Dövlət suverenliyinin təmin olunması üçün güclüiqtisadiyyat, siyasi sabitlik və müdafiə qabiliyyətimühüm əhəmiyyət daşıyır. Müstəqillik illərindəAzərbaycanın iqtisadi potensialının artırılması, dövlətinstitutlarının möhkəmləndirilməsi və milli ordununinkişaf etdirilməsi istiqamətində həyata keçiriləntədbirlər sonrakı proseslər üçün mühüm bazaformalaşdırdı.
Azərbaycanın ərazi bütövlüyünün bərpasıistiqamətində dönüş nöqtəsi 2020-ci ildə baş verdi. 44 günlük Vətən müharibəsi nəticəsində bir sıra şəhər, rayon və kəndlər işğaldan azad edildi. Şuşanın azadolunması müharibənin mühüm hadisələrindən birioldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdansonra Ağdam, Kəlbəcər və Laçın rayonlarınınAzərbaycana qaytarılması ilə ərazilərin böyük hissəsiüzərində Azərbaycanın nəzarəti bərpa edildi.
Lakin 2020-ci ilin nəticələrindən sonra Qarabağın birhissəsində Azərbaycan dövlətinin konstitusionquruluşuna və qanunvericiliyinə tabe olmayan silahlıqüvvələrin mövcudluğu davam edirdi. Bu vəziyyətAzərbaycanın dövlət suverenliyinin bütün ərazidə tamtəmin olunması məsələsini gündəmdə saxlayırdı.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadirayonunda həyata keçirilən lokal xarakterli antiterrortədbirləri bu baxımdan yeni mərhələ yaratdı. 24 saatdan az davam edən tədbirlər nəticəsindəAzərbaycan öz ərazisində konstitusion quruluşun vədövlət suverenliyinin tam bərpasını təmin etdi. Prezidentin 19 sentyabr 2024-cü il tarixliSərəncamında da məhz 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinintəmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyiqeyd olunur.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsisedilməsi həmin tarixi hadisənin dövlətçiliksalnaməsindəki yerini müəyyənləşdirdi. Bu qəraryalnız təqvimə yeni bir günün əlavə olunması deyil, dövlət suverenliyinin Azərbaycan üçün daşıdığıəhəmiyyətin hüquqi müstəvidə ifadəsidir.
Azərbaycanın suverenliyinin tam bərpası ölkənin bütünərazisində vahid dövlət idarəçiliyinin və hüquqsisteminin tətbiqi üçün imkan yaratdı. QarabağdaAzərbaycan Respublikasının qanunlarının icrası, dövlətqurumlarının fəaliyyətinin təmin olunması və sosial-iqtisadi inkişafın yeni mərhələyə keçirilməsi üçünşərait yarandı.
Bu prosesin mühüm istiqamətlərindən biri də Qarabağvə Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləridir. İşğal dövründə dağıdılmış şəhər vəkəndlərin yenidən qurulması, yolların və digərinfrastrukturun yaradılması, enerji və sosial obyektlərininşası, yaşayış məntəqələrinin müasir prinsiplərəsasında planlaşdırılması həyata keçirilən əsaslayihələr sırasındadır.
Suverenliyin bərpası ilə yanaşı, doğma torpaqlarındanuzun müddət ayrı düşmüş insanların geri qayıdışı dayeni mərhələyə keçib. Böyük Qayıdış proqramıçərçivəsində keçmiş məcburi köçkünlərin mərhələlişəkildə doğma yurdlarına qayıtması təmin olunur. Buqayıdış yalnız insanların yaşayış yerlərinə dönməsideyil, həm də həmin ərazilərdə sosial həyatın, iqtisadifəaliyyətin və ictimai mühitin yenidən formalaşmasıdeməkdir.
Qarabağda yaradılan yeni məktəblər, tibb müəssisələri, yaşayış kompleksləri, yollar və digər obyektlərregionun gələcək inkişafına hesablanıb. İşğaldan azadedilmiş ərazilərin ölkənin iqtisadi sisteminəinteqrasiyası, burada sahibkarlıq və investisiyaimkanlarının genişləndirilməsi də mühümistiqamətlərdəndir.
Dövlət suverenliyinin tam bərpası Azərbaycanınbeynəlxalq hüquq müstəvisində mövqeyi baxımındanda əhəmiyyətli hadisədir. Azərbaycanın ərazibütövlüyü və suverenliyi beynəlxalq hüququn əsasprinsiplərinə uyğun olaraq dövlətin ərazi və siyasibütövlüyü ilə bağlıdır. Bu baxımdan 2023-cü ilinsentyabr hadisələri ölkənin öz ərazisində dövləthakimiyyətinin tamlığının təmin edilməsi ilənəticələndi.
Prezidentin Sərəncamında Azərbaycan xalqınınmüstəqillik və dövlətçilik əzminin müxtəlif tarixisınaqlardan keçdiyi xüsusi vurğulanır. Bu yanaşmadövlət suverenliyinin yalnız müəyyən bir tarixihadisənin nəticəsi olmadığını, uzun illər ərzindəformalaşan milli iradənin və dövlətçilik ənənələrinindavamı olduğunu göstərir.
Azərbaycanın müstəqilliyi və suverenliyi xalqın millisərvəti kimi qiymətləndirilir. Bu sərvətin qorunmasıdövlət institutlarının möhkəmliyindən, hüququnaliliyindən, iqtisadi inkişafdan, milli həmrəylikdən vəölkənin təhlükəsizliyinin təmin olunmasından asılıdır. Suveren dövlət üçün əsas məsələlərdən biri əldəedilmiş nəticələrin davamlı inkişaf və sabitlikləmöhkəmləndirilməsidir.
Bu baxımdan Azərbaycanın qarşısında yeni vəzifələrdayanır. Qarabağ və Şərqi Zəngəzurda bərpaprosesinin davam etdirilməsi, insanların öz doğmatorpaqlarında dayanıqlı məskunlaşmasının təminolunması, regionun iqtisadi potensialından səmərəliistifadə edilməsi və müasir yaşayış mühitininformalaşdırılması həmin vəzifələrin mühüm hissəsidir.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeydolunması həm də gənc nəslin dövlətçilik tariximizbarədə məlumatlandırılması baxımındanəhəmiyyətlidir. Suverenlik, müstəqillik, ərazibütövlüyü və dövlətçilik anlayışlarının mahiyyətiningələcək nəsillərə çatdırılması milli yaddaşınqorunmasının vacib istiqamətlərindəndir.
Azərbaycan xalqının müstəqil dövlətçilik arzusumüxtəlif tarixi mərhələlərdən keçərək bu gün öz realifadəsini tapıb. Dövlət müstəqilliyinin qorunması, ərazibütövlüyünün təmin edilməsi və suverenliyin tambərpası bir-birini tamamlayan tarixi proseslərdir. 2023-cü ilin sentyabrında baş verən hadisələr isə bu prosesinmühüm mərhələlərindən birini təşkil etdi.
Bu gün Azərbaycan bütün ərazisində dövləthakimiyyətinin və qanunvericiliyinin tətbiq olunduğu, öz milli maraqlarını müstəqil şəkildə müəyyən edənsuveren dövlətdir. 20 Sentyabrın Dövlət SuverenliyiGünü kimi təsis edilməsi də bu reallığın dövlətçiliktarixində xüsusi qeyd olunmasının ifadəsidir. Prezidentin Sərəncamında vurğulandığı kimi, ərazibütövlüyü və suverenlik Azərbaycan xalqının millisərvətidir.
Dövlət Suverenliyi Günü Azərbaycanın keçdiyimürəkkəb tarixi yolu xatırlamaqla yanaşı, müstəqildövlətçiliyin qorunmasının əhəmiyyətini də diqqətəçatdırır. Bu tarix xalqın dövlətçilik iradəsinin, müstəqillik istəyinin və suveren dövlət qurmaqəzminin müasir Azərbaycan reallığında ifadəsidir.
Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı



