GündəmSosial

YAP Yasamal rayon təşkilatında müşavirə keçirilib

Oktyabrın 27-də YAP Yasamal rayon təşkilatında “Ə.Cəmil küç. 1a” (İlahiyyat İnstitutu), “İnşaatçılar pr. 62” (16 saylı şəhərpoliklinikası), “Mətbuat pr. 529-cu məhəllə” (AzərbaycanNəşriyyatı), “Mətbuat pr. 529-cu məhəllə” (Xatirə Kitabıredaksiyası), “Mətbuat pr. 529-cu məhəllə” (Azərbaycan qəzeti), “Mikayıl Müşfiq küçəsi 57” (Su Nəqliyyatında Gigiyena vəEpidemiologiya Mərkəzi), “Moskva pr. 10” (Azərbaycan DövlətFilm Fondu), “H.Cavid pr. 82” (5 saylı uşaq poliklinikası), “M.Seyidov 100” (13 saylı uşaq poliklinikası), “H.Cavid pr. 115” (AR ETN İqtisadiyyat İnstitutu), “Zərgərpalan küç. 5” (Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi), “Füzuliküç. 1” (Azərbaycan Dövlət Milli Dram Teatrı), “Mətbuat pr. 22” (Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı), “Ş.Mehdiyev küç. 93” (Azəraqrartikinti), “Mətbuat pr. 36” (30 saylı şəhər poliklinikası), “H.Cavid pr. 115” (AR ETN İnsanHüquqları İnstitutu), “L.Tolstoy küç. 135” (Dəri ZöhrəviDispanseri), “H.Cavid pr. 135” (Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri), “A.M.Şərifzadə küç. 108-110” (Yasamal Bələdiyyəsi) ünvanlarıüzrə ərazi partiya təşkilatlarının iştirakı ilə AzərbaycanRespublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədricənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindənirəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

 

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov,YAPYasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiyatəşkilatlarının sədr, sədr müavinləri və nümayəndələri iştirakediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Müşavirədə çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarihi və proqram xarakterli nitqininkonseptual prinsipləri, rayonun müxtəlif sahələrində fəaliyyətgöstərən ərazi partiya təşkilatlarının koordinasiyalı işi və qarşıdaduran strateji vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxışedib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının və möhtəşəm Zəfərlərinin ideoloji ana sütunu olmuşdur. UluÖndərin zəngin dövlətçilik təlimini uzaqgörənliklə davametdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpaetmişdir. Əldə olunan bu tarixi qələbələr partiyamızın yürütdüyüuzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-sənaye qüdrətininvə sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər rayon təşkilatının tabeliyindəki bütün sahəvi ərazi partiya təşkilatlarından daha yüksək çeviklik, prinsipiallıq və təşkilatçılıq tələb edir. Bu günmüşavirədə iştirak edən mətbuat, səhiyyə, təhsil, mədəniyyət, bələdiyyə, elmi-tədqiqat və dövlət xidməti müəssisələrininpartiya fəalları cəmiyyətin mənəvi-ideoloji sütununu təşkiledirlər. İnformasiya məkanının qorunması, ictimai xidmətlərinkeyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin gəncnəsillərə aşılanması və vətənpərvərlik tərbiyəsiningücləndirilməsi hər bir ərazi təşkilatının gündəlik fəaliyyətistiqaməti olmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, YAP Yasamal rayon təşkilatı tabeliyindəki bütün ərazi partiya təşkilatları ilə əlaqələrini davamlı olaraq möhkəmləndirir. Cənab Prezident İlhamƏliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işintəsir gücünün artırılması istiqamətində bütün fəallar birgə vəkoordinasiyalı şəkildə çalışacaqlar.

 

Çıxış edənlər “Azərbaycan” nəşriyyatının baş direktoru LeylaGüləliyeva, “H.Cavid pr. 135″ (Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri) ƏPT sədri Mirəyyub Mirsultanov, Azərbaycan kinorejissoru vəkinoşünası, Azərbaycan Dövlət Film Fondu ƏPT-nin sədrmüavini Ayaz Salayev və “Azərbaycan” qəzetinin başredaktorunun müavini, ƏPT sədri Amil Novruzov təmsilolunduqları qurumların ictimai-ideoloji fəaliyyətindən, rəqəmsalmedia və nəşriyyat sahəsindəki yeniliklərdən, audiovizual irsinqorunmasından, dövlət xidmətlərində vətəndaş məmnunluğununtəmin olunmasından söz açıblar. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənlayihələr hər bir sahənin inkişafına geniş imkanlar açır. OnlarYAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlikpeşəkar və ictimai fəaliyyətlərində rəhbər tutacaqlarını, partiyaideallarının təbliğində və cəmiyyətin maarifləndirilməsində hərzaman ön sıralarda olacaqlarını bəyan ediblər.

 

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button