
27 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər çərçivəsində Astara rayonunun Pensər kəndində partiya fəalları ilə görüş keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Partiyanın VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər barədə geniş məlumat verib. O, qurultayda müəyyənləşdirilən əsas hədəflər, qarşıda duran vəzifələr, partiyanın fəaliyyət istiqamətləri və ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti haqqında danışıb.
Daha sonra çıxış edən Pensər kənd üzrə ərazi partiya təşkilatının sədri Sevil Mehrəliyeva, Pensər 2 saylı məktəb-liseyin direktoru Faiq Həsənov, Pensər kənd ağsaqqallar şurasının sədri, partiya veteranı Asif Əsədullayev və Pensər Kənd Sahə Xəstəxanasının baş həkimi Şirvan İsayev qurultayda səsləndirilən fikirlərin əhəmiyyətini vurğulayaraq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, partiya fəaliyyətinin daha da gücləndirilməsi və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir və mülahizələrini bölüşüblər.




