
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 26 oktyabr 2026-cı il tarixində Şəki şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Oğuz şossesi” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və məktəbin rəhbərliyi, əməkdaşlar, ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, məktəbin direktoru, ƏPT sədri Gülarə Nəbiyeva, Qurultay nümayəndəsi, “Dadibi” ƏPT-nın sədri Rafiq Abdullayev, məktəbin tarix müəllimləri Tərlan İskəndərov və Zülfiyyə Kərimova çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin əhəmiyyəti, partiyanın cəmiyyətin ictimai-siyasi həyatında rolu, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, eləcə də partiya üzvlərinin üzərinə düşən vəzifələr ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn məsələlərin yerlərdə müzakirəsi, müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi və partiya üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi ərazi partiya təşkilatlarının qarşısında duran mühüm istiqamətlərdəndir.
İclasda, həmçinin təhsil müəssisələrində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi məsələlərinə toxunulub.
Sonda müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin icrası istiqamətində müvafiq tövsiyələr səsləndirilib.




