
YAP Tərtər rayon təşkilatı Texniki Peşə Məktəbi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı iclas keçirilib.
İclaszamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, ərazi partiya təşkilatının sədri Qalalı Hüseynov və digər partiya fəalları çıxış ediblər.
YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirib ki, yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr xüsusi əhəmiyyət daşıyır və ölkə Prezidentinin proqram xarakterli nitqi hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsidir.
A.Ağayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub.
Texniki Peşə Məktəbi ərazi partiya təşkilatının sədri Qalalı Hüseynov çıxış edərək bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirilib, mühüm siyasi əhəmiyyət daşıyır və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulması xüsusi əhəmiyyət kəsb edir.
İclasda hər bir partiya üzvünün öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməsinin əsas vəzifələrdən olduğu qeyd olunub.










