Analitika

Qərbi Azərbaycan məsələsi bizim üçün hər zaman aktualdır

Tariximizin müxtəlif dövrlərində xalqımız öz torpaqlarında yaşamaq üçün mübarizə aparmışdır. Təsadüfi deyil ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tarixin müxtəlif dövrlərində bu ərazilərdə yadellilərin əslsiz torpaq  iddiaları qaldırmasına səbəb olmuşdur.

Hər kəsə məlumdur ki, işğalçı ermənilər nəinki Qarabağda, həmçinin Qərbi Azərbaycanda da milli abidələrimizi, təbii sərvətlərimizi, azərbaycanlıların əsrlər boyu qoruduğu tarixi irsini silmək istəyiblər, ancaq buna heç vaxt nail olmayıblar. Ola da bilməzdilər. Bunu  Prezident İlham Əliyevin cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı da bildirib: “Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.”

Həmçinin İrəvanın Azərbaycan üçün önəmindən dəfələrlə söz edilib. Azərbaycanın son illərdə Qərbi Azərbaycana yönəlik apardığı uğurlu siyasət, bu yöndə bizə bir sıra uğurlar qazandırmışdır. Lakin bu da bir həqiqətdir ki, hər ölkənin tarixində şanlı səhifələr olduğu kimi, çətin və qara səhifələr də olmuşdur. Bizdə də bu səhifələt təəssüf ki ölkəmizin ən qarışıq, ən keşməkeşli dövrünə təsadüf etmişdir. O dövrlərdə hakimiyyətdə olanların təcrübəsizliyi, umursamazlığı və xalq sevgisi adı altında, əslində isə öz məqsədlərini güdən addımları atması ölkəmizi çıxılmaz bir vəziyyətə salmaqla qalmamış, bir sıra uğursuz addımlar da atmağa yönəltmişdir. Bunların ən böyüyü də İrəvanın Ermənistana faktiki olaraq bağışlanması idi. Ali Baş Komandan lham Əliyev, 24 dekabrda keçirilən görüşdə bu hadisələrin günahkarlarını və onların etdiyi əməlləri kəskin bir dildə pisləyib: “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.”

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button