Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub

Xalqımız 26 iyun tarixini böyük təntənə ilə Silahlı Qüvvələr Günü kimi qeyd edir. Şərqdə ilk dəfə öz ordusunu yaradan xalq olaraq biz bununla öyünürük. 1918-ci il 26 iyun tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi. Lakin bu qərarın yerinə yetirilməsi bir müddət vaxt tələb etdi.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Yaradılmış ordunun qarşısında böyük amallar dayanırdı. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli və Azərvaycanın ərazi bütövlüyünü təmin etməli idi. Bu şərəfli işi görə bilmək üçün ordu daima inkişaf etdirilir,hər gün gücünə güc qatılırdı. Ordumuza olan sonsuz inam puça çıxmadı.İllərlə təkmilləşmə yolu keçən ordumuz öz sözünü,öz gücünü 27sentyabr 2020-ci ildə başlayan Vətən savaşında göstərdi. İşğalda olan ərazilərimiz kənd-kənd,şəhər-şəhər qaytarıldı. Necə ki xalqın inamı ilə ordumuzun gücü birləşmişdir eləcə sə bütün ərazilərimiz birləşərək bütöv Azərbaycana çevrildik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib. Biz bu gün fəxrlə,qürurla ” Ordumuzla fəxr edirik” deyə bilirik. Ordumuz bizim güvən yerimiz,güc mərkəzimizdir.
Günay Məmmədhəsənli,
YAP Şuşa rayon təşkilatının fəalı



