
Tarixi kökləri 1923-cü ilə gedib çıxan və şəhər statusu alan Laçın rayonu uzun illər erməni işğalının acılarını yaşadı. Lakin Vətən müharibəsində qazanılan qələbə və ardınca imzalanan üçtərəfli bəyanat bu haqsızlığa son qoydu. 2022-ci ilin 26 avqustunda Laçın şəhərinin nəzarətə götürülməsi ilə bölgədə yeni era başladı.
İşğal illərində təbii sərvətləri talan edilən, coğrafi adları dəyişdirilən Laçın bu gün tamamilə fərqli simada dirçəlir. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” əsasında aparılan işlər şəhərsalma mədəniyyətinin ən yüksək nümunəsidir. Bulvar ərazisində inşası planlaşdırılan kanat yolu və çaykənarı istirahət zonaları turizmin inkişafına güclü təkan verir.
İqtisadi müstəvidə Laçın Aqro-Sənaye Parkı və digər istehsal müəssisələri yerli sakinlər üçün daimi iş yerləri yaradıb. Eyni zamanda, rayonda fəaliyyət göstərən “Hoçazfilm” studiyası bölgənin mədəni salnaməsini dünyaya çatdırmaqda regional mərkəz rolunu oynayır.
Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdan sakinlər üçün hərtərəfli şərait yaradılıb. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri və sosial obyektlər müasir standartlara cavab verir.
Laçının bərpası prosesi Azərbaycanın iqtisadi müstəqilliyinin və sosial siyasətinin gücünü nümayiş etdirir. Bu qədim diyar artıq keçmişin fəlakətlərindən qurtularaq gələcəyin ən müasir məkanlarından birinə çevrilmişdir.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



