Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. “Onlayn Azərbaycan” layihəsi, dövlət bulud infrastrukturunun yaradılması və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının artırılması rəqəmsal iqtisadiyyatın institusional və texnoloji bazasını formalaşdırıb. Bu əsas üzərində qəbul edilmiş Süni İntellekt Strategiyası (2025–2028) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029) süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama imkanlarının yaradılması, data əsaslı qərarvermə modelinə keçid və innovasiya ekosisteminin genişləndirilməsini hədəfləyir. Paralel olaraq, yaşıl enerji layihələrinin genişləndirilməsi, texnologiya və sənaye parklarında xarici şirkətlərin rezidentliyinin artması, eləcə də rəqəmsal və enerji infrastrukturuna investisiya marağının güclənməsi Azərbaycanın yeni iqtisadi modelə keçidini sürətləndirir. Məhz bu kontekstdə aparılan tədbirlərlə yanaşı, qlobal rəqabət qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün mövcud potensialın vahid koordinasiya altında səfərbər edilməsi və konkret yol xəritəsi əsasında icra olunması zərurəti yaranıb.

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında Azərbaycanın mövcud üstünlüklərini – enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını – süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir. Prezident tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.
Arzu Yaqubova,
Xəzər rayonu, 181 №li tam orta məktəbin tarix müəllimi (tarixçi türkoloq)