AnalitikaGündəmSiyasət

Zəngilan şəhəri günü – Tarixi Qələbəmizin unudulmaz səhifəsi

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində Zəngilan şəhərinin azad edilməsi xüsusi yer tutur. 20 Oktyabr – Zəngilan şəhəri günü Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mühüm hadisələrindən birini xatırladır.

Uzun illər işğal altında qalan Zəngilan 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində azad edildi. Bu qələbə xalqımızın birliyinin, milli iradəsinin və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin nəticəsi idi.

Zəngilanın azad olunması ilə bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu gün ərazidə həyata keçirilən layihələr, yolların salınması, yaşayış məntəqələrinin qurulması və iqtisadi imkanların genişləndirilməsi gələcəyə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir.

Bu əlamətdar gün bizə Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın fədakarlığını bir daha xatırladır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır.

Zəngilan şəhəri günü milli birlik, vətənpərvərlik və tarixi yaddaş günüdür. Bu tarix Azərbaycan xalqının öz torpaqlarına bağlılığını və müstəqil dövlətimizin gücünü nümayiş etdirir.

Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button