GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Nəsimi rayonunda müzakirə olunub

Nəsimi rayonu Mərdanov Qardaşları 124 A üzrə (Azərbaycan Metrologiya İnstitutu) və M.Qardaşlar 124 üzrə (Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu) Yeni Azərbaycan Partiyasının VIII Qurultayın yekunlarına və Partiyanın sədri, Prezident İlham Əliyev Cənablarının Qurultayındakı çıxışından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, həmçinin Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Partiyanın VIII Qurultayının əhəmiyyətindən danışıb, Qurultayda müəyyən edilmiş strateji istiqamətlərin ölkənin davamlı inkişafındakı rolunu vurğulayıb.

Tədbirdə Mərdanov Qardaşları 124 A üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının ölkənin müstəqilliyinin və milli maraqlarının qorunmasındakı roluna toxunub, dövlət qurumlarının qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasındakı vəzifələrini vurğulayıb.

M.Qardaşlar 124 üzrə (Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu) Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, YAP Nəsimi rayon təşkilatının Mərdanov Qardaşları küçəsi 124 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Səbinə Məmmədli, AzMİ-nin baş direktorunun müavini Madar Quliyev və Azərbaycan Standartlaşdırma İnstitutunun şöbə müdiri Nurlan Hacızadə də çıxış edərək Partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu, dövlətçilik ənənələrinin davamlılığı və milli birliyin möhkəmləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə fotosu ilə yekunlaşıb.

Oxşar Xəbərlər

Back to top button