GündəmSiyasət

İqtisadi qüdrət, maliyyə sabitliyi: «Kapital Bank»da VIII Qurultayın vəzifələri müzakirə olunub

23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Neftçilər prospekti 153 üzrə («Kapital Bank» ASC) ərazi partiya təşkilatında müşavirə keçirilib. Müşavirə Port Baku 2 Şimal Qülləsinin 17-ci mərtəbəsində təşkil edilib. Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni ərazi partiya təşkilatının sədri, «Kapital Bank» ASC-nin İdarə Heyətinin sədr müavini Yaşar Məmmədov aparıb. O, Partiya Sədrinin qurultaydakı nitqinin ölkəmizin bu günü və gələcəyi üçün proqram xarakterli sənəd olduğunu vurğulayıb. Moderator dövlət başçısının iqtisadi və maliyyə sabitliyi ilə bağlı fikirlərinin bank sektoru üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Partiya Sədrinin qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. Azər Süleymanov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqlardan da danışıb. Bu tapşırıqlar ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulması və Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasıdır.

Ərazi partiya təşkilatının sədr müavini Abbas İmamquliyev çıxışında dövlət başçısının qurultayda səsləndirdiyi iqtisadi göstəricilərə toxunub. O qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 90 milyard dollara çatıb, xarici borc ÜDM-in cəmi 5,6 faizini təşkil edir. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarında isə 20 milyard dollardan çox kontrakt imzalanıb. Abbas İmamquliyev bildirib ki, bu göstəricilər Azərbaycan iqtisadiyyatına olan beynəlxalq inamın ifadəsidir və maliyyə sektorunun sabit inkişafı üçün möhkəm zəmin yaradır.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Oxşar Xəbərlər

Back to top button