
Yaxın siyasi və hərbi tariximiz bir çox şanlı səhifələrlə doludur, bu tarixi anlar millimənliyimiz və kimliyimizin ən önəmli qürur mənbələrindəndir. Azərbaycanın ən yenitarixinə qızıl hərflərlə, silinməz izlərlə yazılmış 8 Noyabr – Şuşa Şəhəri Günü məhz beləmöhtəşəm və müqəddəs bir reallığın təntənəsidir. 28 illik nisgildən, həsrətdən vəişğaldan sonra öz əsl sahiblərinə – azərbaycanlılara qovuşan Şuşa bu gün təkcəQarabağın dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə ucalan sıldırım qayalıqlarıilə deyil, həm də bütün Azərbaycanın və Türk dünyasının tükənməz iradəsinin, vəədalətinin simvoludur.
Şuşanın azadlığı yalnız hərbi-siyasi Zəfər deyil; bu, yüzilliklər boyu formalaşmış tariximədəni birliyimizin bərpası və regional geosiyasi reallıqların yenidən yazılmasıdır.
Tarixi Keçmiş, Quruculuq Salnaməsi və Şuşanın Strategiyası
1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən təməli qoyulan və ilk vaxtlar “Pənahabad” adlandırılan Şuşa şəhəri yarandığı ilk gündən etibarənAzərbaycanın həm hərbi-strateji qalası, həm də siyasi-inzibati mərkəzi olmuşdur. Şəhərdəniz səviyyəsindən yuxarı, üç tərəfdən keçilməz sıldırım qayalarla əhatə olunmuşunikal geostrateji relyefə malikdir.
İbrahimxəlil xanın dövründə möhkəmləndirilən qala divarları Şuşanı XIX əsrə qədər birçox xarici hücumlardan, o cümlədən Qacar qoşunlarının mühasirələrindən qorumuşdur.
Şuşanın planlaşdırılması 17 məhəllə sisteminə (Qurdlar, Seyidli, Culfalar, Qazançılı vəs.) əsaslanırdı. Hər məhəllənin öz məscidi, bulağı və hamamı var idi. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və qətiyyəti sayəsində Şuşa şəhərinə“Tarix-Mədəniyyət Qoruğu” statusu verilmiş, Vaqifin məqbərəsi ucaldılmış, Xan qızıNatəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ev-muzeyləri bərpa olunaraq qorunmuşdur.
Mədəni-Mənəvi İrs: Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Beşiyi
Şuşa – Azərbaycan mədəniyyətinin, xüsusilə musiqi və ədəbiyyatının nəbzi döyünənürəyidir. Təsadüfi deyildir ki, şəhər haqlı olaraq “Şərqin Konservatoriyası” və“Azərbaycan musiqisinin beşiyi” adlandırılır.
Ümummilli lider Heydər Əliyevin də dediyi kimi “Şuşa təkcə şuşalılar üçün deyil, bütünazərbaycanlılar üçün, hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əzizbir abidədir“
Musiqi və Muğam Məktəbi Kimi Şuşanın Əhəmiyyəti Dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyli, şərq musiqisinin nəhəngləri Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, tarzən Sadıqcan kimi incəsənət ustaları məhz bu torpağın təkcəAzərbaycan deyil , dünya incəsənəti və müsiqisinə töhfələridir.
Ədəbi Mühit və Söz Sənəti: Şuşa ədəbi məclisləri (“Məclisi-Üns”, “Məclisi-Fəramuşan”) ilə tanınmışdır. Şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi şəxsiyyətlər Azərbaycan ədəbiyyatı və teatrının inkişafında müstəsna rol oynamışlar.
Mənəvi və Dini İrs: Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri, Mamayı məhəllə məscidi təkcə dini ocaqlar deyil, Şərq memarlığının inciləridir.
Şuşanın azadlığı həm də bütün Türk dünyasının mədəni dirçəlişidir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, ISESCO tərəfindən isə “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi şəhərin beynəlxalq miqyasdakı mənəvi çəkisini və strateji statusunu nümayiş etdirir.
2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi dövründə keçirilən Şuşa hərbi əməliyyatı müasir hərb elminin ən parlaq, unikal və inanılmaz səhifələrindən biridir. Hərbi ekspertlərin “alınmaz qala” hesab etdiyi, zirehli texnika və ağır artilleriya ilə daxil olmağın relyef baxımından demək olar ki, imkansız sayıldığı Şuşa, Azərbaycan xüsusi təyinatlılarının misilsiz şücaəti ilə işğaldan azad edildi.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri düşmənin gözləmədiyi istiqamətlərdən — sıx meşəliklərdən, dərin dərələrdən və sıldırım qayalıqlardan yüngül silah-sursatla, şəhərə daxil oldular. Ağır artilleriyaya malik düşmən mövqeləri əlbəyaxa döyüşlərdə darmadağın edildi.
Hadrutun və Şuşa ətrafındakı strateji yüksəkliklərin azad olunmasından sonra noyabrın 7-də şəhər daxilində amansız döyüşlər getdi. Noyabrın 8-də şəhər düşməndən tam təmizləndi.
Şuşanın azad olunması düşmənin bütün müqavimət gücünüi və hərbi-logistik sistemini çökdürdü. Şuşaya nəzarəti itirən Ermənistan cəmi iki gün sonra — 10 Noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur oldu.Bu əməliyyat bu gün ABŞ, Böyük Britaniya və Avropanın aparıcı hərbi akademiyalarında XXI əsrin ən effektli hərbi taktikalarından biri kimi tədris edilir.
Şuşanın azad edilməsi prosesində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dövlət başçısı, diplomat və sərkərdə kimi rolu həlledici xarakter daşımışdır. İllər boyu davam edən sülh danışıqlarında Prezident İlham Əliyev hər zaman prinsipial mövqe sərgiləyərək “Şuşasız Azərbaycanın ərazi bütövlüyü tam ola bilməz” mesajını vermiş, Ermənistanın işğalçılıq siyasətini bütün beynəlxalq platformalarda ifşa etmişdir.
Son 20 ildə müasir, modern, ən son texnologiyalarla silahlanmış və yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun formalaşdırılması Cənab İlham Əliyevin strateji baxışının nəticəsidir. Əməliyyatlar zamanı hər bir hərbi həmlənin dəqiqliklə planlaşdırılması məhz Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir.
8 Noyabr 2020-ci ildə Şəhidlər Xiyabanından xalqa müraciət edən Ali Baş Komandanın gözlərindəki qürur və dediyi tarixi sözlər milli hafizəmizə əbədi həkk olundu:
”Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin ruhu şaddır bu gün! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Məhz bu sözlər ərazi bütövlüyü və suverenliyi təmin edilmiş müasir Azərbaycanın gələcəyini istiqamətləndirmişdir.
Bu gün Şuşa təkcə şanlı keçmişi ilə deyil, həm də sürətlə gerçəkləşən yenidənqurma layihələri ilə dünyanın diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamları ilə Şuşa şəhərinin Baş Planı təsdiq edilmiş və genişmiqyaslı “Böyük Qayıdış” proqramının ən mühüm halqasına çevrilmişdir. Zəfər Yolu və Füzuli-Şuşa magistral avtomobil yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Şuşanın dünya ilə logistik əlaqəsini təmin etmişdir. Şəhərin elektrik, su, qaz təchizatı sıfırdan “Yaşıl Enerji” zonası konsepsiyasına uyğun olaraq qurulmuşdur. Heydər Əliyev Fondu tərəfindən Yuxarı Və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün və Üzeyir Hacıbəylinin ev-muzeyləri, “Yuxarı Karvansaray” kompleksi orijinal memarlıq üslubu saxlanılmaqla tam əsaslı bərpa olunmuşdur.
Şuşa artıq regional və qlobal diplomatik görüşlərin keçirildiyi platformadır. Şuşa Bəyannaməsinin (15 İyun 2021) imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyi rəsmiləşdirilmiş, Şuşa Qlobal Media Forumları vasitəsilə şəhər beynəlxalq fikir mübadiləsi mərkəzinə çevrilmişdir.
Cıdır düzünün, Daşaltı kanyonunun ekoloji mühiti qorunmaqla yanaşı, burada müasir hotel kompleksi və sanatoriyalar inşa edilir. Şuşa tezliklə Qafqazın ən böyük dağ-kurort və eko-turizm mərkəzlərindən biri olacaqdır.
8 Noyabr – Şuşa Şəhəri Günü bir təqvim günü deyil; o, Azərbaycan xalqının birlik, iradə, qəhrəmanlıq və dirçəliş bayramıdır. Pənahəli xanın təməlini qoyduğu, Heydər Əliyevin qoruduğu, İlham Əliyevin azad etdiyi və yenidən qurduğu Şuşa öz əbədi sahiblərinə qayıdaraq, bayrağımızın dalğalandığı zirvələrdə daimii olaraq yaşayacaq, Azərbaycanın işıqlı gələcəyinə yön verməyə davam edəcəkdir!
Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü.



