AnalitikaGündəmSiyasət

Müstəqil Dövlətçiliyimizin Hüquqi Pasportu: 12 Noyabr – Konstitusiya Günü

Hər bir xalqın tarixində elə sənədlər olur ki, onlar təkcə hüquqi norma deyil, həmdə millətin keçdiyi yolu, bu günü və sabahını özündə əks etdirən mənəvi-siyasimanifestə çevrilir. Azərbaycan üçün belə sənəd 12 noyabr 1995-ci ildə ümumxalqsəsverməsi ilə qəbul edilmiş Konstitusiyadır. Bu, sadəcə Əsas Qanun deyil, müstəqildövlətçiliyimizin hüquqi pasportu, gələcəyə aparan yol xəritəsidir.

Dövlət quruculuğunda tarixi varislik və müasirlik arasında körpü yaratmaq ən çətinvəzifələrdən biridir. Ulu Öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən gələrəkbildirmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyikki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzunmüddət sabit yaşamasını təmin edən Əsas Qanunu, tarixi sənəd olsun.” Məhz bubaxışla hazırlanan Konstitusiya bir tərəfdən Azərbaycan xalqının çoxəsrlik dövlətçilikənənələrini, milli-mənəvi dəyərlərini qorudu, digər tərəfdən isə bəşəriyyətin mütərəqqihüquqi nailiyyətlərini özündə cəmlədi. Heydər Əliyev Əsas Qanunumuzun mahiyyətinibelə ifadə edirdi: “Konstitusiyamızı xarakterizə edən əsas cəhətlər Azərbaycanın tarixikeçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini, ümumbəşəri və millidəyərlər üzərində inkişafını əks etdirməsidir.” 

1995-ci ilədək Azərbaycan çətin keçid dövrünü yaşayırdı. Siyasi hərc-mərclik, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı fonunda hüquqi boşluq cəmiyyətin sabitliyinəciddi təhdid yaradırdı. Yeni Konstitusiyanın qəbulu ilə ölkə hüquqi nihilizmdən hüquqidövlətə, idarəolunmazlıqdan sabit inkişafa keçid etdi. Prezident İlham Əliyevinvurğuladığı kimi, “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşarəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanınqabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiyamüasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətininbərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.” 

Əsas Qanun dövlət və vətəndaş münasibətlərini kökündən dəyişdi. Ulu Öndərinsözləri ilə desək: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasındaolan münasibətləri özündə əks etdirməlidir… Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçünyox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkiletməlidir.” Bu yanaşma nəticəsində “Əsas Qanunda Azərbaycan xalqı dövləthakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, insan və vətəndaş hüquqlarınınvə azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinintəmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir.” 

Konstitusiya qəbul edildiyi gündən sabit inkişafın hüquqi bazasına çevrildi. Ötən 30 ildə bu təməl üzərində güclü iqtisadiyyat quruldu, beynəlxalq aləmdə ölkəmizin nüfuzuartdı. Ən əsası isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilənantiterror tədbirlərində tarixi ədalət bərpa olundu. Bu gün suverenliyini tam bərpa etmişAzərbaycanın hər qarışında Konstitusiyamızın hüquqi qüvvəsi təmin edilir. Prezidentİlham Əliyev haqlı olaraq qeyd edir ki, “Qəbulundan keçən dövr ərzində Konstitusiyaölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçünözül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın vəbazar iqtisadiyyatının inkişafı istiqamətində əvəzsiz rola malik olduğunu sübut etmişdir.” 

Zaman keçdikcə həyat yeni reallıqlar yaradır və Konstitusiya da bu reallıqlarlaayaqlaşır. “Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimilayiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın dadövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir.” 2002, 2009 və 2016-cı illərdəreferendum yolu ilə edilən əlavə və dəyişikliklər insan hüquqlarının müdafiəmexanizmini təkmilləşdirdi, idarəetməni çevikləşdirdi. Bu, Əsas Qanunun donmuş mətndeyil, daim inkişaf edən canlı sənəd olduğunu göstərir. 

12 Noyabr sadəcə təqvimdə bir gün deyil. Bu, hər birimizin hüquq və vəzifələrinidərk etdiyimiz, dövlətçiliyimizin hüquqi əsaslarına hörmətimizi ifadə etdiyimiz gündür. Heydər Əliyevin dediyi kimi, “Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondanibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edəbilmişdir… öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir.” Konstitusiya məhzbu müstəqilliyin hüquqi təsdiqidir. Onu oxumaq, anlamaq və qorumaq hər birAzərbaycan vətəndaşının borcudur. Çünki güclü dövlət, ədalətli cəmiyyət və ləyaqətlihəyat məhz bu təməl üzərində ucalır.

 

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button