AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Konstitusiyası: milli dəyərlər, ümumbəşəriprinsiplər və gələcək inkişafın hüquqi təminatı

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqitəməli, xalqımızın milli iradəsinin və demokratik dəyərlərə bağlılığının ifadəsidir. O, yalnız dövlətin idarəçilik sistemini və hüquqi normalarını müəyyən edən əsas qanundeyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühümstrateji sənəddir.

Konstitusiyamızın əsasını insan hüquq və azadlıqlarına hörmət, ədalət, bərabərlik, qanunun aliliyi, demokratiya və humanizm kimi ümumbəşəri dəyərlər təşkil edir. Buprinsiplər hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə hüquqibərabərliyin və sosial ədalətin təmin edilməsinə xidmət edir. Konstitusiyada insan vəvətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunması dövlətin əsasməqsədinin insan rifahı olduğunu göstərir.

Azərbaycan Konstitusiyası eyni zamanda xalqımızın zəngin tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə və mütərəqqi ənənələrinə əsaslanır. Milli kimliyimizin, dilimizin, mədəniyyətimizin, ailə institutunun və dövlətçilik ənənələrimizin qorunması konstitusionprinsiplərin mühüm istiqamətlərindəndir. Ümumbəşəri dəyərlərlə milli ənənələrin vəhdətiAzərbaycan Konstitusiyasına özünəməxsus məzmun və mahiyyət qazandırır.

Müasir dövrdə dünyada baş verən siyasi, iqtisadi, sosial və texnoloji dəyişikliklərdövlətlərin hüquqi sistemlərinin də daim təkmilləşdirilməsini zəruri edir. AzərbaycanKonstitusiyası da zamanın çağırışlarını, cəmiyyətin dəyişən tələbatlarını və dövlətimizininkişaf prioritetlərini nəzərə alan hüquqi bazadır. Dövlət suverenliyinin, ərazibütövlüyünün, milli təhlükəsizliyin və davamlı inkişafın təmin olunması onun əsasistiqamətlərindəndir.

Bu gün Azərbaycan Respublikasının qarşısında dayanan əsas vəzifələrdən birihüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu daha da inkişaf etdirmək, demokratik institutları gücləndirmək, şəffaflığı və qanunun aliliyini təmin etməkdir. Konstitusiya bu məqsədlərə çatmaq üçün zəruri hüquqi mexanizmləri müəyyən edir vədövlət-vətəndaş münasibətlərinin əsaslarını formalaşdırır.

Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini dərindən mənimsəməsi, özhüquq və vəzifələrini bilməsi, qanunlara hörmət ruhunda tərbiyə olunması mühüməhəmiyyət daşıyır. Çünki güclü dövlət yalnız mükəmməl qanunlarla deyil, həm dəhüquqi düşüncəyə, yüksək vətəndaşlıq məsuliyyətinə malik cəmiyyətlə formalaşır.

Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilikənənələrimizlə ümumbəşəri hüquqi prinsipləri özündə birləşdirən, müasir dövrünreallıqlarına cavab verən və gələcək inkişafımıza istiqamət göstərən fundamentalsənəddir. Onun prinsiplərinə əməl etmək, hüquqi dəyərləri qorumaq və inkişaf etdirməkhər bir Azərbaycan vətəndaşının mənəvi və vətəndaşlıq borcudur. Konstitusiyamızgüclü, müstəqil, demokratik və inkişaf edən Azərbaycanın etibarlı hüquqi təminatıdır.

 Ülviyyə Cəfərova,
YAP fəalı, Hacıqabul Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button