AnalitikaGündəmSiyasət

“Konstitusiyamız – müstəqil dövlətçiliyimizin, milli birliyimizin və hüquqigələcəyimizin möhkəm təməli

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində mühümyer tutan, müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin hüquqi təməlini təşkiledən ali qanun və tarixi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu iləqəbul edilən Konstitusiyamız müasir Azərbaycan dövlətinin inkişaf istiqamətlərinimüəyyənləşdirən mühüm hüquqi sənəd olmuşdur.

Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə əsaslanaraq, insan hüquq və azadlıqlarının qorunmasını, qanunun aliliyini, demokratik prinsiplərininkişafını və hüquqi dövlət quruculuğunu özündə ehtiva edir. O, yalnız dövlətidarəçiliyinin hüquqi əsaslarını müəyyənləşdirmir, həm də cəmiyyətin mənəvidəyərlərini, milli maraqlarını və gələcək inkişaf hədəflərini əks etdirir.

Bu ali sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı olmaqlayanaşı, onun qarşısında duran vəzifə və məsuliyyətləri də müəyyən edir. Konstitusiyayahörmət, qanunlara riayət etmək, dövlətçilik ənənələrini qorumaq və ölkənin inkişafınatöhfə vermək hər bir vətəndaşın mühüm borcudur.

Müasir dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlət müstəqilliyinin vəsuverenliyinin möhkəmləndirilməsi, cəmiyyətin bütün sahələrində həyata keçiriləninkişaf prosesləri Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplərin əhəmiyyətini dahada artırır. Konstitusiyamız dövlətin gələcək inkişafı, milli həmrəyliyin qorunması vəhüquqi cəmiyyətin formalaşması üçün etibarlı zəmin yaradır.

12 Noyabr – Konstitusiya Günü münasibətilə hər birimiz müstəqil dövlətimizin aliqanununa hörmətlə yanaşmalı, hüquqi biliklərimizi artırmalı, hüquq və vəzifələrimizidərindən dərk etməliyik. Çünki güclü dövlətin, sağlam cəmiyyətin və firavan gələcəyinəsas şərtlərindən biri qanunun aliliyinə hörmət və vətəndaş məsuliyyətidir.

Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, milli dəyərlərimizin ifadəsi vəgələcək nəsillərə ötürülən dövlətçilik irsimizdir!

 

Səbinə Əliyeva,
YAP fəalı, Hacıqabul  Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button