AnalitikaGündəmSiyasət

Konstitusiya – Müstəqil Azərbaycanın hüquqi təməli, dövlətçiliyimizingüvənci

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Ulu Öndər Heydər Əliyev

Hər bir müstəqil dövlətin gücü onun qanunlarının aliliyində, xalqının birliyində, vətəndaşlarının hüquq və azadlıqlarına verilən dəyərdə təcəssüm olunur. AzərbaycanRespublikasının Konstitusiyası isə dövlətimizin müstəqilliyini, suverenliyini, demokratikinkişaf yolunu və milli dövlətçilik ənənələrini özündə birləşdirən ən ali hüquqi sənəddir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilənAzərbaycan Respublikasının ilk Konstitusiyası müasir dövlət quruculuğu tariximizdəmühüm hadisə oldu. Bu tarixi sənəd Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi iləhazırlanaraq ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəmtəməlini yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilikənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanır. Bu ali sənəd ölkəmizin inkişafistiqamətlərini müəyyənləşdirməklə yanaşı, dövlətlə vətəndaş arasında münasibətlərinhüquqi əsaslarını da formalaşdırır.

Konstitusiya – sabit inkişafın və güclü dövlətçiliyin təminatıdır.

Konstitusiyanın əsas mahiyyəti yalnız dövlət idarəçiliyinin prinsiplərini müəyyənetməkdən ibarət deyil. O, həm də cəmiyyətin hüquqi düşüncəsinin, qanunlara hörmətinvə vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə həyatakeçirilən siyasi, iqtisadi və sosial islahatlar, dövlət institutlarının inkişafı və beynəlxalqnüfuzumuzun möhkəmlənməsi Konstitusiyanın müəyyən etdiyi hüquqi prinsiplərəsasında həyata keçirilir.

İnsan hüquqları və azadlıqları – Konstitusiyanın ali dəyəridir.

Azərbaycan Respublikası Konstitusiyasında hər bir insanın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, sağlamlığını qorumaq, fikir və söz azadlığındanistifadə etmək, mülkiyyətə sahib olmaq və digər fundamental hüquqları təsbit edilmişdir. Eyni zamanda, hər bir vətəndaşın qanunlara riayət etmək, dövlətə və cəmiyyətə qarşıməsuliyyət daşımaq kimi vəzifələri də müəyyən olunmuşdur.

Konstitusiya dövlətimizin dünənini, bu gününü və gələcəyə yönəlmiş inkişaf yolunubirləşdirən mühüm hüquqi sənəddir. Onun prinsiplərinə hörmətlə yanaşmaq, hüquq vəvəzifələrimizi bilmək, qanunun aliliyini qorumaq hər birimizin vətəndaşlıq borcudur.

12 Noyabr – Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını, millibirliyimizi və demokratik dəyərlərimizi bir daha xatırladan əlamətdar gündür.

Konstitusiyamız müstəqilliyimizin hüquqi dayağı, dövlətçiliyimizin güvənci, gələcəyimizin möhkəm təməlidir!

 

Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru

Oxşar Xəbərlər

Back to top button