Analitika

Davosda Azərbaycanın gücü və prezidentimizin müdrikliyi bir daha özünü göstərdi

19 Yanvarda bütün Avrasiyanın diqqəti Davosda idi. Bəli, buna səbəb isə Dünya İqtisadi Forumunun keçirilməsi və bu xüsusda bir sıra məsələlələrin öz həllinə doğru getməsi idi. Cənab Prezident İlham Əliyevin də iştirak etdiyi forumda bir sıra panel iclaslar və müzakirələr baş tutdu. Ümumiyyətlə, Dünya İqtisadi forumlarının tarixi və daha sonra isə 19 yanvar tarixində keçirilən iclaslarda baş verənlər barədə danışaq.

Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

İndi isə Azərbaycanın Dünya İqtisadi Forumlarındakı iştirakı və işdə hansı rola malik olması haqqında tarixə qısa bir nəzər salaq. 27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda: Prezidentİlham Əliyev də bir neçə dəfə Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos forumu “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilib. 23 yanvar 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ikinci dəfə Davos forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə olub. 27-28 yanvar 2010-cu il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Davos forumunda iştirak edib. Həmin vaxtdan sonra Cənab Prezident dəfələrlə bu cür forumlarda iştirak edib.

İndi isə qayıdaq 19 yanvar tarixli foruma. Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı ilə Azərbaycanın bu məsələlərdə nə qədər maraqlı və təşəbbüskar olmasını göstərirdi. Cənab Prezidentin bu xüsusda sitetı diqqəti cəlb edir: “Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.”

Ümumiyyətlə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət istər beynəlxalq təşkilatlar, forumlar səviyyəsində, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində Azərbaycanı inanılmış və güvənli bir tərəfdaşa çevirib.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button