AnalitikaGündəmSiyasət

YAP -ın VIII Qurultayı ölkəmizin yeni inkişaf hədəflərini müəyyənləşdirdi

Oktyabr ayının 2-də keçirilən Yeni AzərbaycanPartiyasının VIII qurultayı ölkəmizin ictimai-siyasihəyatında tarixi hadisə oldu. YAP-ın VIII Qurultayınahazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbətikeyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımındandiqqət çəkir. Rəsmi məlumata görə, sentyabrın 7-dən 19-nadək partiyanın 84 yerli təşkilatında hesabat konfranslarıkeçirilib. Həmin tədbirlərdə 16 min 239 nəfər iştirak edibvə qurultaya 960 nümayəndə seçilib. VIII Qurultayınoktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilməsitəşkilatın miqyasını və dövlət həyatındakı yerini bir dahanümayiş etdirir.

YAP-ın malik olduğu göstəricilər onun geniş təşkilatişəbəkəsini təsdiqləyir. Ölkənin bütün regionlarını və sosialtəbəqələrini əhatə edən 800 mindən artıq partiya üzvü, yerli təşkilatların fəaliyyətində rəqəmsal idarəetməsistemlərinin tətbiqi və hesabatlılığın artırılması, yeni nəsilkadrların partiya strukturlarında və dövlət idarəçiliyindəirəli çəkilməsi, rəqəmsal platformalarda fəallığın təminedilməsi, eləcə də vətəndaş cəmiyyəti institutları ilə ardıcıləməkdaşlıq bunun bariz nümunəsidir. Prezident İlhamƏliyevin YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsikimi xarakterizə etməsi partiyanın uzunmüddətli təşkilativə siyasi fəaliyyətinə verilən ali qiymətdir.  Otuz ildənçoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayandövlətimizin başçısı qeyd edib: “Ölkəmizin son illər ərzindəuğurlu və şərəfli yolunda partiyamızın fəallarının çoxböyük payı var, böyük töhfəsi var”.

Ölkə başçısı öz çıxışında qurultayın Azərbaycan özərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndənsonra ilk dəfə keçirildiyini bildirib. VII qurultayın da o vaxtüçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizinbaşçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi birneçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdəndanışırdı. Azərbaycan özü təkbaşına həm işğala sonqoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlaryaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəkiZəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünyatərəfindən qəbul edilir”.

Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyatakeçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkəniniqtisadi göstəricilərində, sosial sahədə əldə edilmişnailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji vənəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərininyaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə vəgeniş mənada Avrasiya məkanında yeni əməkdaşlıqformatları yaratdı. Ölkəmizdə həyata keçirilən uğurlusiyasətin nəticələri bu gün Azərbaycanın siyasi, iqtisadi vəhərbi gücündə özünü aydın şəkildə göstərir. Ərazibütövlüyünün və suverenliyin bərpası Azərbaycanınmüasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tamtəmin olunub. Prezidentin vurğuladığı kimi, bu qələbələrAzərbaycan xalqının vahid mövqeyi, dövlətin siyasi iradəsivə Ordumuzun gücü ilə əldə olunub.

Prezident İlham Əlyev qurultaydakı çıxışında qarşıdaduran əsas vəzifələrdən birinin hərbi gücümüzünartırılması olduğunu bildirib. Bizim şanlı Zəfərqazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasındamünaqişənin olmadığını və digər amilləri sadalayandövlətimizin başçısı bunun nə üçün lazım olduğunaaydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çoxaçıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.

İqtisadi müstəqilliyin möhkəmləndirilməsi də yenimərhələnin mühüm dayaqlarındandır. İnvestisiyaların cəlbedilməsi, qeyri-neft sektorunun inkişafı, enerjipotensialından səmərəli istifadə, sənayeninşaxələndirilməsi və nəqliyyat-logistika imkanlarınıngenişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artıranəsas istiqamətlərdir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalıölkənin istehsal və ixrac imkanlarının genişləndiyinigöstərir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyatmarşrutlarının inkişafı isə Azərbaycanın regional tranzitəhəmiyyətini daha da artırır.

Qurultaydakı çıxışında ölkə başçısı bildirib: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir vəixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrikenerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların daistehsalı üçün əsas mənbə enerjidir”. Enerji resursları iləzəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi vətəhlükəsizlik faktoruna çevrilib.  “Çünki enerji təhlükəsizliyi– bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizimrolumuz daha da artacaq”, – deyə dövlətimizin başçısıəlavə edib.

Prezident İlham Əliyevin 2027-ci il üçün artımlarla bağlımesajı əvvəlki sosial islahatların məntiqi davamıdır. Qarşıdakı il üzrə bu istiqamətin müəyyən edilməsi əhalininrifahının yüksəldilməsinin dövlət siyasətində prioritetolaraq saxlanıldığını təsdiqləyir. Əməkhaqqı və sosialödənişlərin artırılması ailələrin alıcılıq qabiliyyətinidəstəkləməklə daxili tələbə və iqtisadi fəallığa da müsbəttəsir göstərə bilər. Açıqlanan addım sosial təminatıngücləndirilməsi ilə iqtisadi inkişaf arasında əlaqənimöhkəmləndirməyə və vətəndaşların gələcək rifahına dairinamını gücləndirməyə xidmət edir.

Cənab Prezident bildirib: “Artıq göstəriş verildi, gələn ilminimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.  “Bu siyasəti bizmüntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-iləyaxşılaşsın”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Bu gün 44 günlük Vətən müharibəsində qazanılantarixi qələbənin nəticələri artıq yalnız hərbi-siyasimüstəvidə deyil, sosial-iqtisadi və humanitar müstəvidə dəözünü göstərir. Qarabağ və Şərqi Zəngəzurdagenişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıtəmin edilir. Prezident İlham Əliyev qurultayda bildirdi ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insanyaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsindəkeçmiş məcburi köçkünlər məskunlaşıb və Böyük Qayıdışbundan sonrakı illərdə daha da sürətlənəcək”.

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmişərazilərdə aparılan quruculuq prosesi yalnız şəhər vəyaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatıpotensialının yenidən dövriyyəyə cəlb edilməsi, torpaqlarıniqtisadi fəaliyyətə qaytarılması, müasir aqrarinfrastrukturların yaradılması və kənd təsərrüfatıistehsalının genişləndirilməsi Azərbaycanın qarşıdakıinkişaf gündəliyində mühüm yer tutur. Bu ərazilərin iqtisadipotensialının səmərəli şəkildə reallaşdırılması həm ərzaqtəhlükəsizliyinin möhkəmləndirilməsinə, həm dəregionların dayanıqlı inkişafına töhfə verəcək.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button