
Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərinihəm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansıölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrəmalikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi vədavamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cürəlaqələr regionun da taleyinə təsir edir.Azərbaycanınregion dövlətləri ilə əməkdaşlıq əlaqələrininmöhkəmləndirilməsi və şaxələndirilməsi xarici siyasətindəaydın ifadə olunur. Qlobal miqyasda etibarlı tərəfdaş kiminüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraqyüksək nüfuza sahibdir. Rəsmi Bakı, təbii olaraq, işğalçıErmənistan istisna olmaqla, yerləşdiyi regionun bütünölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfliəməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasimünasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimitanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. Qonşu ölkələrlə əlaqələr strateji siyasi əhəmiyyət kəsbetməklə yanaşı, iqtisadi baxımdan da vacibdir. İxrac, xüsusilə qeyri-neft sahəsində ixrac potensialının tamolaraq realizə olunmasını prioritet kimi müəyyən etmişAzərbaycanın ixrac payında qonşu ölkələr mühüm payasahibidir. Qeyri-neft ixracında 14 faizlik artım məhz bununifadəsidir. Qeyri-neft məhsullarının ixracında Rusiyaxüsusi paya malikdir. Rusiyanın Cənubi Qafqazregionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşıdinamika müşahidə edilir. Azərbaycan Rusiyaiqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isəAzərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayəqoyub. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkətfəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olanbütün şirkətlərin 10%-ni təşkil edir. Azərbaycanla Rusiyaarasında ticarət dövriyyəsi də daim artır. 2018-ci ildə bu, 19% idisə, ötən ilin ilk on ayında 23%-ə çatıb. 2019-cu ilinyekunlarına görə isə, iki ölkə arasında ticarət dövriyyəsitəqribən 25 faizədək artıb. Azərbaycan Türkiyə iləəlaqələri yalnız strateji siyasi və iqtisadi müttəfiqlik deyil, “bir millət, iki dövlət” qədər yaxındır. Bəli, iki ölkəni bu cürhəssas tellərdən əlavə iqtisadi-ticari əlaqələr də bir-birinəbağlayır. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrində 3040 Türkiyəkapitallı şirkət fəaliyyət göstərir. Türkiyə şirkətləriAzərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən vədəyəri 15,5 mlrd. dollar olan 300-ə yaxın layihədə podratçıqismində iştirak etməklə, bu sahədə liderlik edirlər. Gürcüstanla iqtisadi-ticarət əlaqələrində də artımmüşahidə olunur İki ölkə Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzitdəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəliəməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstanərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. Buartımda Azərbaycanın funksionallıq qazandırdığıbeynəlxalq marşrut dəhlizləri də əhəmiyyətli rol oynayır.
Beləliklə, əlaqələr şaxələnir – iqtisadi tərəfdaşlarmüxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlarçərçivəsində ortaq mövqedən çıxış edir, bir-birinidəstəkləyir. İkitərəfli əməkdaşlıq öz növbəsində regionalinkişafı, xalqların rifahını və təhlükəsizliyi, siyasiyaxınlaşmanı stimullaşdırır.
Zaur Qasımov,
YAP fəalı, Navahı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbin direktöru



