AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Azərbaycan Prezidenti, Yeni Azərbaycan PartiyasınınSədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün stratejiprioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəlbedir. Çıxışın məzmunundan aydın görünür ki, qurultayyalnız siyasi təşkilatın fəaliyyətinin qiymətləndirildiyi tədbirdeyil, həm də Azərbaycanın yeni reallıqlar şəraitindəqarşıya qoyduğu məqsədlərin, təhlükəsizlik, iqtisadiinkişaf, xarici siyasət və sosial rifah məsələlərinin vahidstrateji çərçivədə nəzərdən keçirildiyi mühüm siyasiplatformadır.

2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpaolunması ölkənin qarşısında yeni vəzifələr formalaşdırıb. Hazırkı mərhələdə əsas məsələlərdən biri əldə edilmişnəticələrin qorunması, Qarabağ və Şərqi Zəngəzurunbərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarınaqayıdışının təmin edilməsi və azad edilmiş ərazilərinölkənin sosial-iqtisadi sisteminə inteqrasiyasıdır.

“Böyük Qayıdış” proqramı bu baxımdan yalnız sosiallayihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün realvə dayanıqlı məzmunla möhkəmləndirilməsinə xidmətedən strateji prosesdir. Yeni yaşayış məntəqələrininsalınması, yolların, enerji və kommunal infrastrukturunqurulması, məktəb və tibb müəssisələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmişərazilərin ölkənin ümumi iqtisadi və sosial sisteminəinteqrasiyasını sürətləndirir. Çıxışın digər mühümistiqaməti təhlükəsizlik məsələsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyininbərpası təhlükəsizlik siyasətinin başa çatması anlamınagəlmir. Əksinə, müasir beynəlxalq münasibətlərsistemində baş verən dəyişikliklər müdafiə imkanlarınındaim gücləndirilməsini zəruri edir. Dünyanın müxtəlifregionlarında davam edən münaqişələr, yeni təhlükəsizlikçağırışları və beynəlxalq hüququn tətbiqi ilə bağlıproblemlər dövlətlərin milli təhlükəsizlik strategiyalarınayenidən baxmasına səbəb olur. Bu reallıq Azərbaycanınhərbi potensialının inkişaf etdirilməsini dövlət siyasətininuzunmüddətli istiqamətlərindən biri kimi gündəmdəsaxlayır. Eyni zamanda, çıxışda təhlükəsizliyin yalnız hərbiölçü ilə məhdudlaşmadığı xüsusi olaraq vurğulanır. İnformasiya texnologiyalarının sürətli inkişafı, süniintellektin yayılması, kibertəhlükələr və informasiyamüharibələri yeni risk kateqoriyalarını meydana çıxarıb. Bu şəraitdə informasiya savadlılığı, keyfiyyətli təhsil, tənqidi düşüncə və vətəndaşların informasiya mənbələrinəmünasibətdə məsuliyyətli davranışı milli təhlükəsizlikməsələləri ilə daha sıx əlaqələnir. Təhsil məsələsininideoloji təhlükəsizlik kontekstində ön plana çəkilməsi dədiqqətəlayiqdir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındasəsləndirilən fikirlər Azərbaycanın yeni inkişafmərhələsinin əsas istiqamətlərini müəyyənləşdirənyanaşmaları əks etdirir. Qarşıdakı dövrdə əsas məqsədlərəldə edilmiş tarixi nəticələrin möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin olunması, təhlükəsizlikpotensialının qorunması, azad edilmiş ərazilərdəquruculuq işlərinin davam etdirilməsi və Azərbaycanınregional əməkdaşlıq imkanlarından daha geniş istifadəetməsidir.

Pərvanə Səfərova ,
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi

 

Oxşar Xəbərlər

Back to top button