Gündəmİdman

Çempionlar Liqası: “Sabah” bu gün İsrail klubu ilə qarşılaşacaq

Azərbaycanın “Sabah” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununa çıxacaq.

Aktualinfo Media Qrup  AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq.

Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oxşar Xəbərlər

Back to top button