Analitika

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi

Azərbaycanın gələcəkdə müstəqil dövlətə çevriləcəyini öncədən görərək milli ordumuzun zabitlərini yetişdirmək məqsədilə dahi Heydər Əliyevin yaratdığını bu lisey Ulu Öndərimizin xalqımıza bəxş etdiyi möhtəşəm abidələrdən biridir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi ilk gündən gənclərimizin ali hərbi məktəblərə daha çox göndərilməsi və hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da yüksəldilməsi məsələlərini ön plana çəkmiş və bu sahədə məqsədyönlü fəaliyyət göstərmişdir. Keçmiş Sovetlər İttifaqında milli zabit kadrlarının yetişdirilməsinə hesablanmış belə bir məktəbi yalnız gələcəyi öncədən görən, xalqının, millətinin gələcəyini düşünən Heydər Əliyev kimi şəxsiyyətlər yarada bilərdi və yaratdı da.  Sovet ideologiyasının hakim olduğu bir dövlətdə bu, heç kəsin xəyalına belə gəlməz və heç kim bu ağır yükün məsuliyyətini öz üzərinə götürməzdi. Belə bir analoqsuz məktəbi Heydər Əliyev yaratdı.

Diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C.Naxçıvanski adına Hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Heydər Əliyev adına Hərbi liseyin məzunlarından isə 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində gedən döyüşlərə C.Naxçıvanski adına Hərbi liseyin zabit-gizir heyəti də qatılmış və onlardan 1 nəfər zabit şəhid olmuş, 3 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. C.Naxçıvanski adına Hərbi liseyin 40 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C.Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.

Kərimova Əminə,
YAP Şuşa rayon  təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button