AnalitikaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyez bəyanatında Azərbaycan ilə Laos arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin və siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. Bu əməkdaşlıq münasibətlərin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır.

Bəyanatda Azərbaycan-Laos əlaqələrinin gələcək inkişaf istiqamətləri də geniş şəkildə diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, keçirilən görüşlər zamanı bir sıra mühüm məsələlər müzakirə olunub, konkret addımlar müəyyənləşdirilib və qəbul edilmiş Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.

Dövlətlərarası münasibətlərin inkişafında siyasi dialoqla yanaşı, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan hər iki ölkənin dövlət qurumları, parlamentləri və digər təsisatları arasında əməkdaşlığın gücləndirilməsi qarşılıqlı münasibətlərin daha səmərəli nəticələr verməsinə imkan yarada bilər.

Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan xarici siyasətində dost ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xüsusi önəm verir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri də iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə genişlənməsi üçün mühüm imkanlar açır.

Beləliklə, Azərbaycan və Laos arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi və əldə olunan razılaşmaların praktik nəticələrə çevrilməsi gələcək ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button