AnalitikaGündəmSiyasət

Zəngilan – Qarabağın və Şərqi Zəngəzurun dirçəliş rəmzi

Zəngilan şəhəri günü Azərbaycanın müasir tarixində mühüm yer tutan, azadlıq və quruculuq ideyalarını özündə birləşdirən əlamətdar tarixdir. Oktyabrın 20-də qeyd olunan bu gün Zəngilanın işğaldan azad edilməsinin ildönümü kimi xalqımızın yaddaşında yaşayır.

Zəngilanın azadlığı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış tarixi addımlardan biridir. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, əsgər və zabitlərimizin fədakarlığı bu qələbənin əldə olunmasında həlledici rol oynadı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri Zəngilanın gələcək inkişafı üçün möhkəm təməl yaradır. Ağıllı kənd konsepsiyasının tətbiqi, nəqliyyat infrastrukturunun inkişafı, iqtisadi imkanların genişləndirilməsi və yeni yaşayış məkanlarının yaradılması bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs verir.

Zəngilanın dirçəlişi təkcə bir şəhərin bərpası deyil, həm də tarixi ədalətin bərqərar olması və doğma torpaqlarda həyatın yenidən canlanması deməkdir. Bu gün Zəngilan gələcəyə inamla baxan Azərbaycanın inkişaf və tərəqqi yolunun rəmzlərindən biridir.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini  

Oxşar Xəbərlər

Back to top button