AnalitikaGündəmSiyasət

Zəngilan şəhəri günü – Böyük Qayıdışın və milli qürurun təntənəsi

20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın əzmini və doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirir.

2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə Vətən müharibəsinin gedişində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın qələbə iradəsinin parlaq ifadəsinə çevrildi.

Bu gün Zəngilanda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, inkişaf potensialını və azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi önəmi nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramının mühüm istiqamətlərindəndir.

Zəngilan şəhəri günü hər bir azərbaycanlı üçün qürur, sevinc və milli həmrəylik günüdür. Bu əlamətdar tarix şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və gələcək nəsillərə Vətən sevgisini aşılamaq baxımından böyük əhəmiyyət daşıyır.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button