AnalitikaGündəmSiyasət

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə görə qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Oktyabrın 20-də bütün Azərbaycan xoş birxəbərə sevindi. Hərbi əməliyyatlar “Dəmir yumruq” adlıhərbi döyüş taktikasının yüksək peşəkarlıqla təşkili vətətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Bununla daMüstəqil Azərbaycanın Zəfər salnaməsində yeni bir səhifəaçıldı.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindənişğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgünəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabeedilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçınburaya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəriçayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatəedir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərinköməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətləriniquran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Buzaman bolşevik Rusiyasının təkidi ilə ZəngəzurAzərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib.

Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibindəqalıb.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixikeçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axanŞərəkə çayının hövzəsində özünün tarixi ornamenti iləseçilən onlarla türbə var. Bunlardan Zəngilan rayonununMəmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibnMəhəmməd türbəsi (1304–1305-ci illər) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında ortaəsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıdaŞeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin(759 h. – 1358-ci il) məzarı yerləşir.

Zəngilan rayonu həm də coğrafi müxtəlifliyi ilə geniş turizm potensialına malikdir. Avropada misli olmayan Şərqçinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Təəssüf ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngülsənayedə və digər biznes məqsədləri üçün istismar edilənbu ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.

Zəngilan rayonu respublikanın dağətəyi ərazisindəyerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatıistiqamətli olub. İşğaldan əvvəl rayon 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermertəsərrüfatını əhatə edirdi, eyni zamanda ərazisində 21dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı fəaliyyətgöstərirdi.

İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixiabidə dağıdılıb. Rayonun işğaldan azad edilməsinəticəsində oradakı tarixi, memarlıq abidələrimiz dəerməni əsarətindən qurtuldu. Dövlətimiz tərəfindən digərtarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonununərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Zəngilanın azad olunması həm də 132 kmAzərbaycan–İran sərhədinin bərpası deməkdir. Ali BaşKomandanın 2020-ci il oktyabrın 20-də xalqa ünvanlanmışmüraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətəmalik ərazi kimi azad olmasının vurğulanması bu ərazilərinnə qədər böyük önəm daşıdığını göstərdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixlisərəncamı ilə 20 oktyabr – Zəngilan Şəhəri Günü kimitəsis edilib.   Bu gün hər birimizin gözü qarşısındaişğaldan azad edilmiş ərazilərdə görülən quruculuqişlərinin miqyası və məzmunu bütün dünyanı heyranqoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidenti cənabİlham Əliyevin böyük sürətlə apardığı misilsiz yeniliklərinşahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd vəşəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərinsalınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni simasıheyrətamiz olacaq.

Artıq uzun illər doğma yurdundan didərgin düşənzəngilanlılar torpaqlarına geri qayıdırlar. İnanırıq ki, Zəngilanda əvvəlki kimi həyat axarına düşəcək.

Şirincan Məmmədli,
Tarix müəllimi, “Tərəqqi” medalı təltifçisi

 

Oxşar Xəbərlər

Back to top button