AnalitikaGündəmSiyasət

Xocalı Soyqırımı Memorial Kompleksinin ideoloji mahiyyəti

Azərbaycan dövlətinin tarixi yaddaşa münasibəti təsadüfi deyil, ardıcıl strateji xarakter daşıyan dövlət siyasətinin tərkibhissəsidir. İki il əvvəl əsası qoyulan bu gün açılışı həyatakeçirilən Xocalı Soyqırımı Memorial Kompleksi həminsiyasətin maddi, ideoloji hüquqi təcəssümüdür. Bu kompleksbir memarlıq nümunəsi olmaqla yanaşı, milli yaddaşınqorunması, tarixi ədalətin təsdiqi dövlətçilik iradəsininnümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Təməlqoyma mərasimindən açılışa qədər keçən zaman kəsiyiAzərbaycan dövlətinin tarixi məsuliyyət anlayışına necəyanaşdığını aydın şəkildə ortaya qoyur. Bu mərhələ emosionalreaksiyadan çox, sistemli yanaşmanın göstəricisidir. Xocalıfaciəsi burada keçmişin ağrılı xatirəsi kimi deyil, milli özünüdərk prosesinin əsas dayaqlarından biri kimi təqdimolunur. Dövlət bu yanaşma ilə tarixə sentimental yox, məsuliyyətli strateji münasibət sərgiləyir. Memorial Kompleksin əsas fəlsəfəsi yaddaşın institutlaşmasıdır. Bu məkanXocalı həqiqətlərini zamanın axarına buraxmır, onu milli şüurundaimi elementinə çevirir. Burada hər detal susdurulmuşhəqiqətlərin bərpasına, unudulmaq təhlükəsi ilə üz-üzə qalantarixin görünən formaya salınmasına xidmət edir. Ziyarətçi buməkanda faktlarla tanış olmur, o, hadisənin mənəvi ağırlığınıdərk edir bu dərk fərdi hissiyyatdan çıxaraq kollektivməsuliyyətə çevrilir.  Azərbaycanın müasir dövlətçilik modelihərbi siyasi uğurlarla ölçülmür. Dünyada nadir hallarda rastgəlinən bir reallıq ondan ibarətdir ki, Azərbaycan həm ədalətlimüharibədə tam mütləq qələbə qazanmış, həm öz ərazibütövlüyünü suverenliyini hər qarış torpağını azad edərəktəmin etmiş, həm müharibə cinayətlərinə hüquqi qiymətverilməsi mərhələsinə keçmişdir. Bu yanaşma gücün hüquqla, qələbənin isə ədalətlə tamamlanmasıdır. Əldə olunan qələbəhərbi üstünlük kimi təqdim edilmir. Bu qələbə beynəlxalqhüququn norma prinsiplərinə əsaslanan legitim müdafiəmövqeyinin nəticəsidir. Azərbaycan münaqişə dövründə ondan sonra hüquqi çərçivədən kənara çıxmamış, gücdənistifadənin məqsədinin ədalətin bərpası olduğunu ardıcıl şəkildənümayiş etdirmişdir. Müharibə cinayətlərinə görə məsuliyyətintəmin edilməsi cəzasızlıq anlayışına qarşı prinsipial mövqedir gələcək təhlükəsizlik üçün mühüm zəmin yaradır. Bu model beynəlxalq münasibətlər sistemində yeni presedentformalaşdırır. Azərbaycan sübut edir ki, suverenlik real hüquqi mənəvi məsuliyyətdir. Dövlətin gücü hərbi potensialladeyil, tarixi ədalətə sadiqliklə ölçülür. Bu baxımdan atılanaddımlar regional çərçivəni aşaraq qlobal miqyasda əhəmiyyətkəsb edir. Xocalı Soyqırımı Memorial Kompleksi eyni zamandaAzərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin milli ləyaqətinin simvoludur. Xocalı faciəsi xalqın yaddaşındaməğlubiyyət deyil, ağır, lakin formalaşdırıcı sınaq mərhələsikimi yaşayır. Bu yaddaş milli şüuru zəiflətmir, əksinə, onu dahada möhkəmləndirir. Tarixi travma burada passiv kədərəçevrilmir, milli məsuliyyət şüurlu mövqe formalaşdırır. Memorialın ideoloji mahiyyəti ondan ibarətdir ki, fizikizorakılıq mənəvi təzyiq xalqın iradəsini sındıra bilməz. Bu məkan yaddaşın gücə çevrildiyi nöqtədir. Burada keçmişinağrısı gələcək üçün dayaq rolunu oynayır. Azərbaycandövlətçilik fəlsəfəsində yaddaşda saxlanılan formalaşdırılangələcəkdir. Bu baxımdan Memorial Kompleks həm cəmiyyətə, həm beynəlxalq aləmə ünvanlanmış açıq mesajdır: Azərbaycan xalqı tarixi həqiqətləri unutmur, milli ləyaqətiniqoruyur öz suverenliyini hər zaman müdafiə etməyə qadirdir. Bu kompleks gələcək nəsillər üçün mənəvi dayaq nöqtəsi, dövlətçilik iradəsinin səssiz, lakin son dərəcə güclü ifadəsi kimitarixdə qalacaq.

Fərid Mustafayev,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button