
Xocalı faciəsi əsrlər boyu xarici istilalara, qəsblərəməruz qalmış xalqımızın qan yaddaşında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyiillər ərzində ermənilər tərəfindən törədilmiş ən dəhşətlisoyqırımı aktlarından biri kimi anılır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər və qətliamlar arasında Xocalı soyqırımı əslində, bir günün və ya bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra məqsədli şəkildə hazırlaşmışdılar. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulmuşdu.
Xocalı soyqırımı nəticəsində 600-dən çox insan həyatını itirdi, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü. 487 nəfər yaralandı, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.Xocalı qətliamının acınacaqlı nəticəsində bəzi ailələr bütövlükdə məhv edildi, yüzlərlə insan misilsiz faciə ilə üzləşdi, əsir götürülənlər isə amansız rəftara məruz qaldılar.
Düşmən qüvvələrinin əsas məqsədi bir tərəfdən Füzuli və ətraf ərazilər də daxil olmaqla, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalını tamamilə yer üzündən silmək idi.Öz miqyasına və dəhşətinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törədən erməni şovinist dairələri daha uzaq məqsədlər güdürdülər. Onların əsas niyyəti Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini sarsıtmaq idi.
Nəticədə tarixdə ən faciəli və qanlı səhifələrdən biri yazıldı. Xocalı ötən əsrdə xalqımızın yaddaşına silinməz iz buraxan ağır bir faciə yaşadı. Azərbaycan xalqı artıq 34 ildir ki, bu qanlı cinayətin mənəvi ağrısını, Xocalı soyqırımının dəhşətlərini qəlbində və həyatında yaşatmaqdadır.
Ermənistanın bu gün də davam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycan ermənilər tərəfindən uydurulmuş“Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsr dünyatarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsihaqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətəçatdırılması istiqamətində bünövrəsi ümummilli liderimizHeydər Əliyevin qoyduğu siyasi kurs bu gün prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyatakeçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyayaçatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəblərivə nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasınınzəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasıməqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalısoyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmışailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlardayaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasınayönəlmişdir.
“Xocalıya ədalət” hərəkatı çərçivəsində Xocalı soyqırımıhaqqındakı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və tanınması üçün qəbul edilmiş parlament aktları və qərarlar verlib, bir sıra ölkələrin parlament və qanunvericilik orqanları Xocalı soyqırımını soyqırım, insanlığa qarşı cinayət və ya mülki əhaliyə qarşı qətl kimi rəsmi şəkildə tanıyıb və pisləyib: Meksika – Senat 2011/2012-ci illərdə qətnamə qəbul edib. Pakistan – Xarici Əlaqələr Komitəsi tərəfindən qətnamə, Kolumbiya – Parlament tərəfindən tanınma, Çexiya – Xocalı faciəsini insanlığa qarşı cinayət kimi pisləyib. Bosniya və Herseqovina – Qətnamə qəbul edib. Honduras, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, İordaniya, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və s. – müvafiq qərarlar verilib. 19-dan çox ABŞ ştatı – Massaçusetts, Texas, Pennsilvania, Florida, Oklahoma, Tennessee, Georgia, və s. Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib və faciəni pisləyib. İslam Əməkdaşlıq Təşkilatı öz rəsmi sənədlərində Xocalı faciəsini “insanlığa qarşı cinayət və soyqırımı aktı” kimi qiymətləndirən qətnamələr qəbul edib.
Ümumilikdə bu qətnamələr beynəlxalq ictimaiyyət arasında Xocalı faciəsinin hüquqi və siyasi qiymətinin artırılmasına, qurbanların xatirəsinin yad olunmasına və ciddi insan hüquqları pozuntusu kimi tanınmasına xidmət edir. “Xocalıya ədalət” hərəkatı sübut etdi ki, Azərbaycan tək deyil bu mübarizə bəşəri dəyərlərin müdafiəsi uğrunda aparılır.
Xocalı faciəsi uzun illər xalqımızın sinəsində sağalmaz yaraya çevrilsə də, ədalətə olan inam heç zaman sönmədi. 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəmQələbə bu ədalətin bərpasının başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəmanAzərbaycan Ordusu 30 il işğal altında qalmış torpaqlarımızıazad etdi. Bu gün Xocalı şəhidlərinin ruhu şaddır. Çünki Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız artıq tam azaddır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, tarixi ədalət təmin olunmuşdur. Xocalı şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların müqəddəs qanı heç vaxt unudulmayacaqdır.
34 il əvvəl insanlığa qarşı törədilmiş Xocalı soyqırımı cinayətini tarix həmişə xatırlayacaq. Biz də unutmayacağıq. Xocalı həqiqətlərini hər zaman yaşadacağıq. Bəşəriyyətingələcəyində bir daha faşizm olmasın deyə… Günahsızinsanları qorumaq üçün… Ədalət dünyamızın xilaskarıdır. Xocalıya ədalət!
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin müəllimi


