
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti J. D. Vensin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat iki dövlət arasında münasibətlərin mahiyyətini və perspektivlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi sənəd kimi qiymətləndirilir.Bu bəyanat təkcə diplomatik protokol çərçivəsində deyil, həmçinin də regional və qlobal proseslər fonunda strateji mesajlarla zəngin idi.Bu prosesdə dövlətlərarası münasibətlərdə yeni dinamikada yaranmışdır.
Beləki,Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf edir. Prezidentimiz İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət yürüdür.Cənab prezidentimizin bu uzaqgörən siyasəti nəticəsində ölkəmiz həm regionda sabitliyin təmin olunmasında, həm də beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında etibarlı tərəfdaş kimi dünyaya tanınır.ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri isə Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.Dövlət başçımızın mətbuata bəyanatında qeyd etdiyi kimi,Azərbaycan–ABŞ əlaqələri enerji təhlükəsizliyi, regional sabitlik, terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq sahələrində geniş potensiala malikdir.
Bildiyimiz kimi enerji təhlükəsizliyi dünyada qlobal əhəmiyyət kəsb edir.
Prezidentimiz İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinə xüsusi yer ayırdı.Ölkəmiz bu gün xüsusən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və alternativ enerji mənbələrinin inkişafı istiqamətində ardıcıl addımlar atmaqdadır.ABŞ ilə əməkdaşlıq bu sahədə texnologiya, investisiya və təcrübə mübadiləsi baxımından çox böyük əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü və Cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə həyata keçirilən transmilli layihələr regionun iqtisadi xəritəsini dəyişib.Dövlət başçımızın bəyanatında bu layihələrin göstərilməsi beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bir daha xüsusilə vurğuladı.
Həmçinin bu prosesdə regional sabitlik və milli maraqlar xüsusi rol oynayır.Mətbuata verilən bəyanatda regional təhlükəsizlik məsələləri də geniş yer aldı.Prezidentimiz İlham Əliyev Azərbaycanımızın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğunu və ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün tərəfdarı olduğunu bildirdi.
Bu kontekstdə ABŞ ilə konstruktiv dialoq və qarşılıqlı anlayış regional sabitliyin möhkəmlənməsinə töhfə verir.Azərbaycan dövləti hər zaman müstəqil mövqeyini qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirməkdədir.Bu proseslər daxilində iqtisadi və humanitar əməkdaşlıq perspektivləri xüsusi yer almaqdadır.Prezidentimiz İlham Əliyevin çıxışında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının artırılması və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri də ön plana çəkildi. ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyəti və yeni investisiya layihələri ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir.Humanitar sahədə əməkdaşlıq, təhsil və mədəniyyət mübadiləsi də iki ölkə arasında münasibətlərin möhkəmlənməsində vacib rol oynayır. Bu əlaqələr xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun dərinləşməsinə xidmət edir.Cənab Prezidentimiz İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti J. D. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat hökümətimizin dövlətçilik ruhunun, milli maraqlara sadiqliyin və praqmatik diplomatiyanın bariz nümunəsidir.Bu bəyanat göstərdi ki, Azərbaycan dövləti beynəlxalq arenada öz sözünü deyən,müstəqil siyasət yürüdən və strateji tərəfdaşlıqları inkişaf etdirən güclü dövlətdir.
Əminliklə deyə bilərəm ki, bu səfər və verilən bəyanat Azərbaycan–ABŞ münasibətlərində yeni səhifə açaraq, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.Həmçinin Cənab Prezidentimizin yürütdüyü uzaqgörən və uğurlu siyasəti nəticəsində Azərbaycan nəinki regionda artıq bütün dünyada güclü dövlət kimi tanınmaqdadır.
Elgün Rüstəmli,
TAİB Gənclər Təşkilatının sədri



