İqtisadiyyatGündəm

“Nvidia”nın səhmlərinin qiyməti 150$-ı keçərək tarixi maksimumu yeniləyib

ABŞ-ın çip istehsalçısı olan “Nvidia” şirkətinin səhmləri 25 iyun çərşənbə günü 4%-dən çox bahalaşaraq tarixi maksimum səviyyəsini yeniləyib. Əvvəlki rekord bu ilin yanvar ayında qeydə alınmışdı.

Aktualinfo.az “CNBC”nin verdiyi məlumata əsasən, investorlar Çin tərəfindən tətbiq olunan ixrac nəzarətinin “Nvidia”nın süni intellekt (AI) sahəsindəki perspektivlərinə mənfi təsir göstərməyəcəyinə inamı  artır. Şirkətin səhmləri iyun ayında təxminən 12% artıb, bundan əvvəlki ay isə 24% yüksəlmişdi.

Hazırda “Nvidia”nın bazar dəyəri təxminən 3.7 trilyon dollar təşkil edir və bu göstəriciyə görə “Microsoft”u bir qədər qabaqlayır. Bu da, “Nvidia”nı kapitallaşmaya görə dünyanın ən böyük şirkəti edir. Üçüncü yerdə isə təxminən 3 trilyon dollar kapitalla “Apple” qərarlaşıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button