GündəmSosial

Yeni Azərbaycan Partiyası – tarixi zərurətdən zirvələrə ucalan möhtəşəm yol

Yeni Azərbaycan Partiyasının (YAP) Astara rayon təşkilatında partiyanın təsis olunmasının 34 illiyinə həsr edilən «Yeni Azərbaycan Partiyası – tarixi zərurətdən zirvələrə ucalan möhtəşəm yol» mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Tədbirdə YAP rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Rafiq Əliyev, şəhid ailələri, qazilər və YAP fəalları iştirak ediblər.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad edildikdən, Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yeni Azərbaycan Partiyasının 34 ildə keçdiyi şərəfli yoldan geniş bəhs edib. O, bildirib ki, yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirən, xalqın partiyası kimi nüfuz qazanan YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: «YAP zəngin ənənələri olan partiyadır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, partiyamız nəinki ölkəmizdə, regionda da ən güclü siyasi təşkilatdır. 34 illik tarixə malik olan YAP Azərbaycanın müstəqillik tarixinin bələdçisidir. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu gün qalibiyyəti ilə dünyaya səs salmasında, tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı yeni reallıqlar əsasında qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində partiyanın öz rolu, payı vardır. Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ilk gündən ona inamını nümayiş etdirən “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını reallıqda təsdiqlədi».
Məruzə ətrafında çıxış edən Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, partiya fəalları – Astara şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Şahsənəm Hüseynova və Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, ərazi partiya təşkilatı (ƏPT) sədrləri – Kijəbə qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Təbrizə Rəsulova və Milli Qəhrəman Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nuranə Həmidova bildiriblər ki, YAP daim yeni-yeni hədəflərə doğru inamla irəliləyir, xalqın bu partiyaya inamı və etimadı böyükdür.
Tədbirin sonunda partiyanın işinin səmərəli və vaxtında yerinə yetirilməsində fərqlənən bir qrup fəal Fəxri fərman və hədiyyələrlə təltif edilib, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button