
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik şəhərlərindən biridir. Qarabağın dilbər guşəsində yerləşən bu şəhər uzun illər ərzində öz gözəlliyi, inkişaf etmiş infrastrukturu, zəhmətkeş insanları və tarixi abidələri ilə seçilmişdir. Lakin Ermənistanın işğalı nəticəsində Ağdam uzun müddət dağıntılara və viranəliyə məruz qalmış, sakinləri doğma yurdlarından didərgin düşmüşlər.
2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu tarix xalqımızın tarixi ədalətə qovuşmasının, dövlətimizin gücünün və milli birliyimizin təntənəsinin rəmzinə çevrildi.
2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu tarix xalqımızın tarixi ədalətə qovuşmasının, dövlətimizin gücünün və milli birliyimizin təntənəsinin rəmzinə çevrildi.
Ağdamın azad olunması ilə şəhərin yeni inkişaf mərhələsinin əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ağdamda müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, yaşayış binalarının, sosial obyektlərin və sənaye müəssisələrinin inşası şəhərin gələcək inkişafına böyük töhfə verir.
Bu gün Ağdam təkcə keçmişin xatirəsi deyil, həm də Azərbaycanın qüdrətinin, yenilməz iradəsinin və gələcəyə inamının ifadəsidir. Doğma yurda qayıdış arzusu artıq reallığa çevrilir.
20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və Zəfər günüdür. Ağdam yenidən qurulur, dirçəlir və öz əvvəlki şöhrətinə qovuşur.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



