AnalitikaGündəmSiyasət

Ağdamda Böyük Qayıdış – doğma yurda qayıdan həyat

Vətən sevgisi insanı doğulduğu torpağa bağlayan ən müqəddəs duyğulardan biridir. Ağdam sakinləri uzun illər doğma yurdlarından ayrı yaşasalar da, qəlblərində bir gün öz evlərinə, küçələrinə, xatirələrinə qayıdacaqlarına inamı qoruyub saxladılar. Bu gün həmin arzu gerçəyə çevrilir.
Ağdamın işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. 20 Noyabr 2020-ci il tarixində şəhərin Azərbaycana qaytarılması ilə doğma torpaqlarda yenidənqurma və bərpa prosesinə start verildi.Hazırda Ağdamda həyata keçirilən genişmiqyaslı layihələr şəhərin gələcək inkişafına hesablanıb. Müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, yollar, parklar və digər sosial obyektlər inşa edilir. Ağdam Sənaye Parkının fəaliyyəti isə bölgədə iqtisadi aktivliyin artırılması və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması dövlət siyasətinin əsas prioritetlərindəndir. Ağdamda insanların təhlükəsiz, rahat və müasir şəraitdə yaşaması üçün zəruri infrastruktur yaradılır. 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb.

Simran Süleymanov,
YAP Şabran rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button