AnalitikaSosial

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 154” ərazi partiya təşkilatında görüş keçirilib

Görüşdə çıxış edən 3 saylı Poçt Filialının rəisi Mircavid Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının əsasını qoyub.

Aktualinfo Media Qrup xəbər verir ki, qeyd olunub ki, bu siyasi xətt bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verir.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının fəaliyyəti və ictimai-siyasi həyatda rolu vurğulanaraq, partiyanın dövlətçilik prinsiplərinə sadiq qalaraq milli maraqlara xidmət etdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda partiyaya yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

 

Oxşar Xəbərlər

Back to top button