GündəmSosial

Yeni Azərbaycan Partiyası – dünənin təcrübəsi, sabahın uğurları

12 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və idman idarəsi”, “Ağstafaçay HQİİ”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” və “20 Yanvar 25” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra yeni inkişaf mərhələsinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı nitqində dövlət müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və müasir dövrün tələblərinə uyğun siyasi fəaliyyətin təşkili kimi məsələlər diqqət mərkəzində olmuşdur.

Daha sonra çıxış edən natiqlər – “Gənclər və idman idarəsi” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov, Qurultay nümayəndəsi Anar Hümbətov, “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev, partiya fəalları Etera Məmmədova və Cavid Əmiraslanov bildiriblər ki, Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Eyni zamanda, partiyanın ideoloji fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ölkədə həyata keçirilən inkişaf prosesləri barədə ictimaiyyətin məlumatlandırılması məsələlərinin əhəmiyyəti qeyd edilmişdir. YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər qarşıdakı dövr üçün mühüm istiqamətləri müəyyənləşdirir. Bu istiqamətlərin həyata keçirilməsində hər bir partiya üzvünün fəallığı, məsuliyyəti və cəmiyyətin inkişafına töhfə verməsi vacib amillərdəndir.

Oxşar Xəbərlər

Back to top button