GündəmSiyasət

YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 17” ünvanı üzrə fəaliyyət göstərən ərazi partiya təşkilatında görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə 145 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə yeni təyin olunmuş Məsmə Əliyevaya uğurlar arzulanıb, təhsil sahəsində qarşıda duran vəzifələr və partiya fəaliyyətinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 145 nömrəli tam orta məktəbin direktoru Məsmə Əliyeva və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun əhəmiyyəti, partiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolu vurğulanıb. Təhsil müəssisələrində milli-mənəvi dəyərlərin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun aşılanmasının, ideoloji təhlükəsizliyin təmin olunmasının, gənclərin milli kimlik və Azərbaycançılıq ideologiyası əsasında yetişdirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda keçirilən səsvermənin nəticəsinə əsasən, Əliyeva Məsmə Cavanşir qızı yekdilliklə “Əliağa Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədri seçilib. Yeni sədrə məsul vəzifəsində uğurlar arzulanıb.

Oxşar Xəbərlər

Back to top button