
YAP Xəzər rayon təşkilatının Ramin Qasımov küçəsi 9 (Mərdəkan Reabilitasiya Pansionatı) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən Mərdəkan Reabilitasiya Pansionatının direktoru Sinqatulov Fərhad ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə İlhamə Hacıyeva ərazi təşkilatının sədri, Jalə Seyidova isə sədr müavini seçilib.
Qeyd edək ki, YAP Xəzər rayon təşkilatında sosial şəbəkələrdə fəal olan partiya üzvləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov aktiv sosial media istifadəçisi olan bir qrup partiya fəalını salamlayaraq ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirdi.
Sonra YAP Xəzər rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi, Aida Əliyeva çıxış edərək yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Əliyeva Aida bildirib ki, YAP Xəzər rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə təşkil olunub.
Sonda YAP Xəzər rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib. YAP Xəzər rayon təşkilatının fəalları çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.