
Dünyanın müxtəlif bölgələrində geostrateji gərginliklərin, etnik-dini qarşıdurmaların vəksenofobiya meyillərinin artdığı bir dövrdə Bakı növbəti dəfə bəşəriyyəti bir arayagətirən sülh və dialoq məkanına çevrildi. 2026-cı il oktyabrın 27-də AzərbaycanRespublikasının Paytaxtında “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya ictimaiyyətinin diqqətini bir dahabəşəri dəyərlərə, qarşılıqlı anlaşıma və sivilizasiyalararası həmrəyliyə yönəltdi.
Tədbirin açılış mərasimində dərin məzmunlu və proqram xarakterli çıxış edənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız coğrafi baxımdan deyil, mədəni, mənəvi və ideoloji cəhətdən dəŞərqlə Qərb, Şimal və Cənub arasında möhkəm köprü rolunu oynayır. Dövlət başçısınınforumdakı nitqi təkcə Azərbaycanın zəngin multikultural təcrübəsinin təqdimatı deyil, həm də müasir dünyanın qarşılaşdığı ideoloji və fiziki təhdidlərə, ikili standartlara qarşıaydın bir cavab kimi qəbul edilməlidir.
Azərbaycan əsrlər boyu müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların dinc, dözümlü və yanaşı yaşadığı nadir coğrafiyalardandır. Burada multikulturalizm kənardangətirilən və ya sadəcə kağız üzərində bəyan edilən bir konsepsiya deyil; bu, xalqımızınminilliklərdən süzülüb gələn həyat tərzidir.
Ölkəmizdə islam, xristianlıq, iudaizm və digər inanc sahibləri əsrlərdən bəri öz milli-dinikimliklərini qoruyub saxlayaraq vahid Azərbaycan ailəsinin bərabərhüquqlu üzvləri kimiyaşayırlar. Bakının mərkəzində məscidlə yanaşı pravoslav və katolik kilsələrinin, sinaqoqların azad şəkildə fəaliyyət göstərməsi, müxtəlif etnik icmaların və digərxalqların mədəniyyətlərini azad şəkildə yaşatmaları dövlətimizin tolerantlıq siyasətininəyani sübutudur.
Prezident İlham Əliyev öz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan cəmiyyətinin gücüonun daxili birliyində və müxtəlifliyindədir. Bu gün ölkəmizdə hər hansı bir daxili riskinolmaması, cəmiyyətimizin monolitliyi məhz bu tolerantlıq və qarşılıqlı hörmət mühitininbəhrəsidir. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımız Azərbaycanıninkişafı, müstəqilliyi və suverenliyi uğrunda çiyin-çiyinə mübarizə aparmış, dövlətimizinqazandığı uğurlara birgə imza atmışlar.
Azərbaycanın dini və mədəni tolerantlıq modelinin ən parlaq və əyani nümunələriniişğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görmək mümkündür. İşğaldövründə Ermənistan tərəfindən 60-dan çox məscidin dağıdılması, təhqir edilməsi və yaheç bir tolerantlığa sığmayan əməllərin əksinə Azərbaycan müharibədən dərhal sonrabütün tarixi, mədəni və dini irsin bərpasına başlamışdır.
Dövlətimizin bu sahədəki yanaşmasını qısaca olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
Bütün Dini Məbədlərə, Ocaqlara Bərabər Münasibət və Qayğı: Şuşada, Ağdamda, Zəngilanda və digər azad olunmuş şəhərlərdə tarixi məscidlər (Yuxarı və Aşağı GövhərAğa məscidləri, Saatlı məscidi və s.) əsaslı şəkildə bərpa olunarkən, paralel olaraqŞuşadakı Qazançı kilsəsi (Müqəddəs Xilaskar kilsəsi) və digər xristian məbədləri dəeyni diqqət və həssaslıqla təmir edilir.
Xristian-Alban İrsinin Qorunması: Kəlbəcərdəki Xudavəng monastır kompleksi, Hadrutdakı Ağoğlan məbədi və digər alban-udi xristian abidələri dövlət tərəfindənqorunur və udi icmasının nümayəndələri bu müqəddəs məkanlarda sərbəst şəkildəibadətlərini həyata keçirirlər.
Azərbaycanın tolerantlığının ən böyük göstəricilərindən biri də odur ki, hətta münaqişəillərində belə Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən mühafizəolunmuş, oradakı minlərlə ermənidilli ədəbiyyat və arxiv materialları saxlanılmışdır.
Bu faktlar sübut edir ki, Azərbaycan üçün dini irs kimliyindən asılı olmayaraqbəşəriyyətin ortaq sərvətidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpaişləri ölkəmizin mədəni müxtəlifliyə verdiyi ali dəyərin real təzahürüdür.
Dünyaya Nümunə Olan Model və Prezident İlham Əliyevin Liderlik Rolu
Bugün dünya bir çox bölgələrdə etnik və dini zəmində toqquşmaların, ikili standartlarınvə diskriminasiyanın şahidi olur. Belə bir mürəkkəb tarixi dövrdə Azərbaycanın nümayişetdirdiyi multikulturalizm modeli bütün dünya üçün unikal bir nümunədir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi, BMT, UNESCO, ISESCO və Sivilizasiyalar Alyansı kimi mötəbər beynəlxalq təşkilatların buprosesdə yaxından iştirak etməsi Azərbaycan modelinə olan qlobal inamın və rəğbətinaydın təzahürüdür.
Bu unikal tolerantlıq mühitinin qorunmasında, inkişaf etdirilməsində və dünyaya nümunəkimi təqdim olunmasında Prezident İlham Əliyevin xidmətləri əvəzolunmazdır. MəhzCənab Prezidentin uzaqgörən siyasi iradəsi sayəsində mümkün olmuşdur.
Multikulturalizm Dövlət Siyasətinin Mühüm Bir Hissəsinə Çevrilməsi: Ümummilli LiderHeydər Əliyev tərəfindən əsası qoyulmuş tolerantlıq ənənələri Prezident İlham Əliyevtərəfindən keyfiyyətcə yeni müstəviyə qaldırılmış, multikulturalizm Azərbaycanın xaricivə daxili siyasətinin prioritet istiqamətinə çevrilmişdir
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş “Bakı Prosesi” bugün mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən ən mühüm qlobalplatformalardan biridir.
Prezident İlham Əliyev forumdakı çıxışında bir daha bəyan etdi ki, Azərbaycanbeynəlxalq hüququ öz kəsərli addımları ilə bərpa edərək regionda əbədi sülhün vətərəfdaşlığın tərəfdarıdır. Müharibəni qalibiyyətlə bitirən dövlətin başçısı kimi onun irəlisürdüyü sülh gündəliyi qisasçılıqdan uzaq, ortaq gələcəyə və dialoqa söykənənalicənablıq nümunəsidir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha sübut etdi ki, Azərbaycantəkcə enerji və nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi deyil, həm də mənəvi-mədənikörpülərin qurulduğu ümumbəşəri mərkəzdir. Prezident İlham Əliyevin rəhbərliyi iləölkəmizdə bərqərar olan dini və milli tolerantlıq mühiti müasir dünyadakı nifaq vəbölüclük meyillərinə qarşı ən güclü alternativdir.
Bakıdan yüksələn çağırış aydındır: dünya xalqlarının xilası ayrılıqda deyil, məhz “Ortaqgələcək naminə dialoq”dadır. Azərbaycan bu dialoqun öndə gələn ölkələrdən olub özəməli fəaliyyəti, humanist siyasəti və zəngin multikultural mühiti ilə dünyaya əsiltolerantlıq nümunəsidir.
Sabir Məmmədli,
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiyatəşkilatının fəal üzvü.



