
2026-cı ilin may ayında Bakıda keçirilən ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) təkcəbeynəlxalq tədbir kimi deyil, həm də Azərbaycanın inkişafmodelini dünyaya təqdim edən mühüm platforma kimi yaddaqaldı. 182 ölkədən on minlərlə iştirakçının qatıldığı bu forumölkəmizin qlobal urbanizasiya proseslərində artan rolunu birdaha göstərdi. Bir Azərbaycanlı gənc olaraq bu tədbiri izləməkmənim üçün həm qürur, həm də düşünmək üçün vacib birtəcrübə oldu.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışıxüsusilə diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın şəhərsalmatəcrübəsi, tarixi irsi və müasir inkişaf istiqamətləri barədə genişfikir bildirdi. Onun çıxışında vurğulanan əsas məqamlardan biriölkənin qədim mədəniyyətinin yalnız ədəbiyyat və musiqidədeyil, eyni zamanda memarlıq nümunələrində də yaşaması idi:
“Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq”.
Bu fikir mənə Azərbaycanın keçmişi ilə bu günü arasındakıgüclü bağlılığı bir daha xatırlatdı. Çünki Bakının simasında həmtarixi abidələri, həm də müasir memarlıq nümunələrini eynianda görmək mümkündür.
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanınşəhərsalma sahəsində həyata keçirdiyi genişmiqyaslılayihələrdən danışdı. Xüsusilə işğaldan azad olunmuş Qarabağvə Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və yenidənqurmaişləri diqqət mərkəzində idi. Dövlət başçısı həmin ərazilərdə“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqolunduğunu, müasir infrastrukturun sıfırdan qurulduğunuvurğuladı.
Forumda səslənən məlumatlardan biri də tədbirin miqyasının nəqədər böyük olduğunu göstərdi: 182 ölkədən 45 mindən artıqiştirakçının qeydiyyatdan keçməsi WUF13-ü tarixdə əngenişmiqyaslı şəhərsalma forumlarından birinə çevirdi. Bu faktAzərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlımərkəz kimi qəbul olunduğunu göstərir.
Bir gənc kimi mənim üçün bu forumun ən önəmli tərəfi yalnızrəqəmlər və rəsmi çıxışlar deyil, eyni zamanda gələcəyinşəhərlərinə dair müzakirələr idi. Dayanıqlı inkişaf, ekolojitarazlıq, yaşıl enerji və rəqəmsal şəhər idarəetməsi kimimövzular Azərbaycanın da inkişaf strategiyasında prioritetistiqamətlər kimi təqdim olunur. Bu isə ölkəmizin qlobaltrendlərə uyğun şəkildə inkişaf etdiyini göstərir.
WUF13 həm də Bakının beynəlxalq şəhər statusunu daha dagücləndirdi. Forum günlərində paytaxtda müxtəlif ölkələrdəngəlmiş nümayəndələrin iştirakı ilə keçirilən müzakirələr, sərgilərvə təqdimatlar Azərbaycanın mədəni və iqtisadi potensialınınümayiş etdirdi.
Nəticə olaraq, WUF13 mənim üçün təkcə bir beynəlxalq tədbirdeyil, həm də ölkəmizin keçmişi, bu günü və gələcəyinibirləşdirən bir güzgü oldu. Prezident İlham Əliyevin çıxışındavurğulanan məqamlar Azərbaycanın milli kimliyininmemarlıqda yaşadığını göstərməklə yanaşı, gələcək nəsillərə dəmühüm mesaj verir: inkişaf və modernləşmə milli dəyərlərdənayrılmadan davam etməlidir.
WUF13 Azərbaycanın həm qlobal urbanizasiya proseslərindərolunu gücləndirdi, həm də gənclər üçün gələcəyə baxışda yeniperspektivlər formalaşdırdı.
Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı



