
06 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü” münasibətilə idarə, müəssisə və təşkilat kollektivlərindən ibarət komandalar arasında bilik yarışı keçirilib.
Tədbirə başlamazdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək 8 Noyabr – Zəfər Günü barədə geniş məlumat verib və komandalara uğurlar arzulayıb.
Yarışda 14 komanda mübarizə aparıb.
Yekun nəticələrə əsasən, Xarıbülbü (Qazax-Ağstafa Regional Təhsil İdarəsinin Ağstafa Sektoru) komandası birinci yerə, Zəngilan (Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi) komandası ikinci yerə, Ağdərə (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) komandası isə üçüncü yerə layiq görülüb.







