GündəmSosial

YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin

Tərtər – Ağdərə rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Zəfər Gününün altıncı ildönümünə həsr edilmiş “Zəfər dastanı” adlı inşa yazı müsabiqəsi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova, YAP Tərtər rayon təşkilatının əməkdaşı Samirə Zeynalova çıxış edərək, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.
Sonra Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verib və inşa yazı müsabiqəsinə start verilib.
Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun mərhələsi isə Uşaq Gənclər Şahmat məktəbində olub. 1 akademik saat vaxt ayrılan yekun turda 30 ümumtəhsil məktəbindən 30 nəfər şagird iştirak edib.
Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra I,II,III yerin sahibləri rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən diplomla mükafatlandırılacaqlar.

Oxşar Xəbərlər

Back to top button