
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.
Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb. Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir.
İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev
Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı
investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır. Nəqliyyat və logistika imkanları barədə fikirlərini bölüşən Prezident İlham Əliyev ÇinQırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasına diqqət çəkib. Eyni zamanda, ‘Yaşıl Dəhliz Birliyi’nin yaradılması bərpaolunan enerjinin Xəzər vasitəsilə ixracı üçün böyük üfüqlər açır.
Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır
Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının gənc fəalı



