AnalitikaGündəmSiyasət

Kəlbəcər-tarixi şöhrətindən gələcək inkişafına

KƏLBƏCƏR Azərbaycanın qədim tarixə,zəngin təbii sərvətlərə və misilsiz gözəlliyə malik diyardır.25 noyabr Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi ədalətin bərpasına ,torpaqlarımızın azadlıgına və Böyük qayıdışın başlanmasına olan inamın təntənəsidir. Kəlbəcər təkcə cografi məkan deyil,həm də Azərbaycanın milli -mənəvi irsinin,qəhrəmanlıq tarixinin və zəngin mədəniyyətinin ayrılmaz hissəsidir.Bu gün rayonun hər bir guşəsində yeni həyat qurulur,doğma torpaqlar öz sakinlərini qarşılamağa hazırlanır. KƏLBƏCƏR qədim yaşayış məskənlərindən biri kimi mühüm tarixi əhəmiyyətə  malikdir.Burada aşkar edilmiş arxeoloji abidələr ,qədim yaşayış yerləri ,qayaüstü təsvirlər və tarixi tikililər bölgənin zəngin keçmişindən xəbər verir.Xüsusilə Qobustanla müqayisə edilən qayaüstü təsvirlər deyil,Kəlbəcərin özünəməxsus Qayaüstü incəsənət nümunələri onun qədim mədəniyyətini nümayiş etdirir.Xudavənd monastırı isə bölgənin memarlıq və dini irsinin qiymətli nümunələrindəndir. Kəlbəcər Azərbaycanın ən yüksək dağlıq rayonudur.Uca dağları ,sıx meşələri, gur cayları , mineral bulaqları və zəngin təbiəti ilə seçilir.Murovdag silsiləsi,dağ çəmənlikləri və füsunkar mənzərələri Kəlbəcərə xüsusi gözəllik bəxş edir. İqlimi, təbii sərvətləri və əlverişli coğrafi mövqeyi rayonun iqtisadi və turizm potensialını artirir. Kəlbəcərin dirçəldilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri Yanşaq kəndinin yenidən qurulmasıdır.Prezident İlham Əliyev 27 may 2023-cü ildə kəndin təməlini qoymuşdur.Layihəyə əsasən, burada ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb.Müasir yaşayış evləri, məktəb, uşaq bağçası və sosial infrastrukturun yaradılması kəndin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Zallar kəndinin yenidən qurulması da Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindəndir.Kənddə ümumilikdə 487 ailənin məskunlaşdırılması nəzərdə tutulub.Burada müasir yaşayış evləri ilə yanaşı . zəruri sosial və kommunal infrastrukturun yaradılması planlaşdırılır.Bu layihə uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına qayıtması baxımından böyük əhəmiyyət daşıyır. Kəlbəcərin qədim yaşayış məntəqələrindən olan Zar kəndində də geniş quruculuq işləri həyata keçirilir.Kənddə ümumilikdə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb.Prezident İlham Əliyev 25 avqust 2023- cü ildə Zar kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.Bu layihə kəndin müasir yaşayış məntəqəsi kimi yenidən qurulmasına ,əhalinin məşğulluğunun və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Kəlbəcərin ən qiymətli təbii sərvətlərindən biri də dünyada tanınan İstisu mineral suyudur.Bu su özünəməxsus mineral tərkibi və müalicəvi xüsusiyyətləri ilə məşhurdur.1976- cı ildən istehsalına başlanılan İstisu mineral suyu uzun illər ölkəmizin hüdudlarından kənarda da tanınıb.İşgğaldan sonra fəaliyyətini dayandırmış bu müəssisənin yenidən qurulması Kəlbəcərin iqtisadi potensialının bərpasında mühüm addımdır.Müasir texnologiyalarla təchiz edilmiş İstisu mineral sudoldurma zavodunun yenidən fəaliyyətə başlaması milli sərvətimizin dünyaya tanıdılması, yeni iş yerlərinin yaradılması və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyir. Prezident,Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərə səfərləri rayonin inkişaf tarixində mühüm hadisələrdir.Bu səfərlər zamanı dövlət başçısı bərpa və quruculuq işləri ilə yaxından tanış olmuş,mühüm layihələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. 25 avqust 2023-cü ildə Prezidentin iştirakı ilə “Soyuqbulaq”Kicik Su Elekrtik Stansiyasının açılışı keçirilmişdir.Həmən səfər çərcivəsində İstisu mineral sudoldurma zavodunun tikintisi və İstisu Müalicə -İstirahət Kompleksində görulən işlərlə tanışlıq olmuş,”CIRAQ -1”və “CIRAQ -2”Kicik Su Elektrik  Stansiyaları istifadəyə verilmiş,Zar kəndinin təməli qoyulmuşdur. Bu layihələr Kəlbəcərin enerji potensialının artırılmasına , xüsusilə də yaşıl enerji strategiyasının həyata keçirilməsinə xidmət edir.Kiçik su elektrik stansiyalarının bərpası rayonun təbii imkanlarından səmərəli istifadə olunduğunu göstərir. Bu gün Kəlbəcər böyük quruculuq və inkişaf dövrünü yaşayır. Bir zamanlar dağıdılmış yaşayış məntəqələrinin yerində müasir evlər tikilir, yollar çəkilir ,məktəblər ,enerji və istehsal  müəssisələri yaradılır.Ən əsası , illərlə doğma yurd həsrəti ilə yaşayan insanlar öz torpaqlarına  qayıdırlar. 25 Noyabr Kəlbəcər Şəhəri Günü yalnız bir rayonun azad olmasının deyil,xalqımızın birliyinin ,dövlətimizin gücünün və tarixi ədalətin təntənəsidir.  Kəlbəcər yenidən qurulur,çiçəklənir və öz əvvəlki şöhrətinə qovuşur. Kəlbəcərin hər daşında tariximiz ,hər bulağında həyatımız ,hər dağinda qürurumuz yaşayır.Bu qədim diyarın gələcəyi daha parlaq , inkişaf yolu isə əbədi olsun!

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

 

Oxşar Xəbərlər

Back to top button