AnalitikaGündəmSiyasət

Tranzit daşımaları sahəsində müşahidə olunan müsbət dinamika Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir

Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam XəbərAgentliyinə (VNA) verdiyi müsahibə ölkəmizinbeynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika potensialının artırılması və tranzitimkanlarının səmərəli reallaşdırılması baxımındanmühüm əhəmiyyət kəsb edir. Dövlət başçısınınmüsahibəsində diqqət çəkən əsas məqamlardan biri dətranzit daşımaları sahəsində əldə olunan müsbətdinamika və Azərbaycanın beynəlxalq nəqliyyatdəhlizlərində artan roludur.

Prezident İlham Əliyev müsahibəsində qeydetmişdir ki, tranzit daşımaları sahəsində də müsbətdinamika müşahidə olunur. Belə ki, 2026-cı ilinyanvar-sentyabr aylarında tranzit yükdaşımalarınınhəcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədətəxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstəriciAzərbaycanın əlverişli coğrafi mövqeyinin, müasirnəqliyyat infrastrukturunun və həyata keçirilənməqsədyönlü iqtisadi siyasətin real nəticəsidir.

Müasir dövrdə beynəlxalq ticarət əlaqələriningenişlənməsi, qlobal təchizat zəncirlərininşaxələndirilməsi və alternativ nəqliyyat marşrutlarınatələbatın artması tranzit daşımalarının stratejiəhəmiyyətini daha da yüksəldir. Bu baxımdanAzərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasındaetibarlı nəqliyyat-logistika qovşağı kimi mühümmövqeyə malikdir. Ölkəmizin bu istiqamətdə həyatakeçirdiyi infrastruktur layihələri, dəmir yollarının, avtomobil yollarının, dəniz limanlarının və digərnəqliyyat obyektlərinin inkişafı beynəlxalqyükdaşımaların həcminin artırılması üçün genişimkanlar yaradır.

Xüsusilə, Orta Dəhliz və Şimal-Cənub NəqliyyatDəhlizi Azərbaycanın beynəlxalq tranzit imkanlarınıngenişləndirilməsində mühüm rol oynayır. Bumarşrutlar vasitəsilə Asiya və Avropa arasındayükdaşımaların daha səmərəli təşkili, daşınmaistiqamətlərinin şaxələndirilməsi və regional iqtisadiəməkdaşlığın gücləndirilməsi mümkün olur. Azərbaycanın bu dəhlizlərdə fəal iştirakı ölkəmizinbeynəlxalq nəqliyyat sistemində strateji əhəmiyyətiniartırmaqla yanaşı, yeni iqtisadi tərəfdaşlıqlarınformalaşmasına da zəmin yaradır.

Dövlət başçısı Vyetnamla əməkdaşlığınperspektivlərinə toxunarkən Azərbaycanın nəqliyyat vəlogistika infrastrukturundan Vyetnamdan Avropaya vəəks istiqamətdə yüklərin daşınması üçün səmərəliistifadə oluna biləcəyini xüsusi vurğulamışdır. Buyanaşma iki ölkə arasında iqtisadi münasibətlərin yeniistiqamətlər üzrə inkişaf etdirilməsi, qarşılıqlı ticarətdövriyyəsinin artırılması və birgə layihələrin həyatakeçirilməsi baxımından mühüm perspektivlər açır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün Cənubi Qafqazın əsas nəqliyyat-logistika və enerji mərkəzlərindən biridir. Ölkəmizinbeynəlxalq nəqliyyat marşrutları üzərində yerləşməsi, regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasınaverdiyi töhfə, eləcə də müasir infrastruktur imkanlarıAzərbaycanın tranzit ölkə kimi etibarlılığını daha damöhkəmləndirir.

Bütün bunlar göstərir ki, tranzit daşımalarısahəsində qeydə alınan artım yalnız statistik göstəricideyil, həm də Azərbaycanın iqtisadi potensialının, beynəlxalq nüfuzunun və strateji əhəmiyyətininyüksəlməsinin göstəricisidir. Bu inkişaf yeniinvestisiyaların cəlb edilməsinə, qeyri-neft sektorunungenişlənməsinə, logistika xidmətlərinin inkişafına vəəlavə iqtisadi dəyərin yaradılmasına mühüm töhfəverir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətnəticəsində Azərbaycan qarşıdakı illərdə də beynəlxalqnəqliyyat əlaqələrinin genişləndirilməsində, tranzityükdaşımalarının artırılmasında və Avrasiyaməkanında mühüm logistika mərkəzlərindən biri kimimövqeyinin möhkəmləndirilməsində mühümnailiyyətlər əldə edəcəkdir. Bu strategiya ölkəmiziniqtisadi qüdrətinin artırılmasına, beynəlxalqəməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycanınqlobal nəqliyyat xəritəsində mövqeyinin daha dagüclənməsinə xidmət edir.

Amil İsrayılov ,
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button