
2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) eksklüziv müsahibə vermişdir. Müsahibə Prezidentin Vyetnama rəsmi səfəri ərəfəsində baş tutmuş və iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivlərinə həsr edilmişdir.
Prezident müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu vurğulamışdır. İki ölkə arasında dostluq əlaqələrinin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulmuşdur. 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir.
Münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşımışdır. Həmin səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmiş və iki ölkə arasında münasibətlər yeni mərhələyə yüksəlmişdir.
Prezidentin qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötmüşdür. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, nəqliyyat, logistika və investisiya əməkdaşlığın əsas istiqamətləridir.
SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpa olunan enerji layihələrinə marağı xüsusi qeyd edilmişdir. Prezident Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamla Avropa arasında yükdaşımaların həyata keçirilməsində mühüm rol oynaya biləcəyini bildirmişdir. Humanitar, təhsil və mədəni əlaqələr. Müsahibədə humanitar əməkdaşlığa da xüsusi yer ayrılmışdır.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



