
19 noyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı məsələlərindən bəhs edib.
Dövlət başçısı iki ölkə arasında dostluq münasibətlərinin 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri ilə başladığını, Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərinin isə əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Müsahibədə energetika, ticarət, investisiya, nəqliyyat-logistika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırılıb. Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin hər iki xalqın maraqlarına xidmət etdiyini qeyd edib.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



