
Uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni mərhələnin başlanması region üçün tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bu prosesin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla zəngin idi.
Sülh sazişinin əldə olunması istiqamətində atılan addımlar regionda təhlükəsizlik mühitinin dəyişdiyini göstərir. Artıq tərəflər qarşıdurma deyil, əməkdaşlıq modelinə üstünlük verməyə başlayıblar. Azərbaycanın tranzit imkanlarını açması və iqtisadi əlaqələrin qurulması bu siyasətin real nəticələridir.
Enerji sahəsində əməkdaşlığın başlanması da diqqətəlayiq məqamlardandır. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini göstərir. Bu isə sülhün davamlı olmasına xidmət edən mühüm amildir.
Bununla yanaşı, bəzi beynəlxalq təşkilatların bu prosesə münasibəti birmənalı deyil. İkili standartlar və qeyri-obyektiv yanaşmalar regionda sülhün möhkəmlənməsinə maneə yarada bilər. Buna baxmayaraq, Azərbaycan öz siyasətində ardıcıl olaraq sülh və əməkdaşlıq prinsiplərinə sadiq qalır.
Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan regionda sülhün əsas təşəbbüskarlarından biridir. Ölkənin həyata keçirdiyi siyasət yalnız milli maraqlara deyil, həm də regional sabitliyə xidmət edir.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li tam orta məktəbin əməkdaşı



