
Aprelin 13-də Şəki Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2026” turnirinin açılış mərasimi keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, idmana olan dövlət qayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq keçirilən turnirin əsas məqsədi Ulu Öndər Heydər Əliyev irsinin təbliği, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən təşkilatları təmsil edən 18 komanda 4 qrupda mübarizə aparacaqdır.
Turnirin açılış oyunu “Marxal” və “Məhkəmə” komandaları arasında keçirilmiş, “Marxal” komandası 3:1 hesabı ilə qalib gəlmişdir.



















